·422 syf.··Beğendi
···Okunma: 27 Ocak 2025 15:30 "Vəfalım mənim" Əlibala Hacızadənin "Təyyarə kölgəsi" dilogiyasının ikinci, mənimsə müəllifin yaradıcılığından oxuduğum beşinci romanıdır. Fərqlidir Əlibala Hacızadənin üslubu. Kitabları olduqca ağır irəliləyir, ancaq özünü oxutdurur. (Dilogiyanın birinci hissəsi olan "Təyyarə kölgəsi"ni çox sevmişdim, daha çox qəlbimə işləmiş, daha dərin duyğular bəxş etmişdi. Və üzərindən aylar keçməsinə baxmayaraq təsiri hələ də qalır, hər dəfə təyyarə uğultusu eşidəndə bu kitabı xatırlayıram.)
"Vəfalım mənim" kitabı adını Gülmirənin itirdiyi sevgisindən, vəfasından alsa da, bu mövzuya az toxunulub. Daha çox elmi mühiti, elmi işçilərin həyatını təsvir edib, müxtəlif obrazların timsalında mürəkkəb xarakterləri açıb göstərib müəllif. Ümumi olaraq əsəri bəyənsəm də, ancaq bəzi şeylər yarım qaldı. Bəlkə də, müəllif Murakami kimi sonluğu oxucuya həvalə etmişdir deyə düşündüm, ancaq söhbət təkcə sonluqdan getmir. Bir neçə açılmalı olan məsələ, cavabsız suallar qaldı əsərdən geriyə. Sanki trilogiya olmalı idi, üçüncü kitabda bütün suallar cavabını tapmalıydı. Bəlkə də, müəllif trilogiya nəzərdə tutmuşdu, ancaq elə idisə, niyə davamını yazmadı? Beynimdə suallarla bitirdim əsəri. Davamı olsa, çox daha qəşəng olacaqdı. Belə bitmiş sayılmadı, yarım qaldı...