"Təyyarə Kölgəsi" 2. kitap

Vəfalım Mənim

Əlibala Hacızadə
Tahmini Okuma Süresi:
10 sa. 26 dk.
Sayfa Sayısı:
368
Basım Tarihi:
1993
Yayınevi:
Gənclik Nəşriyyat
Orijinal Adı:
Bəфалым Мəним
ISBN:
9785802004517
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

8/10
·422 syf.··
Beğendi
·
2025 10. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Ocak 2025 15:30
"Vəfalım mənim" Əlibala Hacızadənin "Təyyarə kölgəsi" dilogiyasının ikinci, mənimsə müəllifin yaradıcılığından oxuduğum beşinci romanıdır. Fərqlidir Əlibala Hacızadənin üslubu. Kitabları olduqca ağır irəliləyir, ancaq özünü oxutdurur. (Dilogiyanın birinci hissəsi olan "Təyyarə kölgəsi"ni çox sevmişdim, daha çox qəlbimə işləmiş, daha dərin duyğular bəxş etmişdi. Və üzərindən aylar keçməsinə baxmayaraq təsiri hələ də qalır, hər dəfə təyyarə uğultusu eşidəndə bu kitabı xatırlayıram.) "Vəfalım mənim" kitabı adını Gülmirənin itirdiyi sevgisindən, vəfasından alsa da, bu mövzuya az toxunulub. Daha çox elmi mühiti, elmi işçilərin həyatını təsvir edib, müxtəlif obrazların timsalında mürəkkəb xarakterləri açıb göstərib müəllif. Ümumi olaraq əsəri bəyənsəm də, ancaq bəzi şeylər yarım qaldı. Bəlkə də, müəllif Murakami kimi sonluğu oxucuya həvalə etmişdir deyə düşündüm, ancaq söhbət təkcə sonluqdan getmir. Bir neçə açılmalı olan məsələ, cavabsız suallar qaldı əsərdən geriyə. Sanki trilogiya olmalı idi, üçüncü kitabda bütün suallar cavabını tapmalıydı. Bəlkə də, müəllif trilogiya nəzərdə tutmuşdu, ancaq elə idisə, niyə davamını yazmadı? Beynimdə suallarla bitirdim əsəri. Davamı olsa, çox daha qəşəng olacaqdı. Belə bitmiş sayılmadı, yarım qaldı...
Edebiyat
Vəfalım MənimƏlibala Hacızadə · Gənclik Nəşriyyat · 199332 okunma
Puan vermedi
"Vəfalım Mənim" Əlibala Hacızadənin 1974-cü ildə çap olunmuş "Təyyarə Kölgəsi" romanının davamıdır. Əsərdə elm sahəsində çalışan ziyalılarımızın maraqlı, eyni zamanda çətin axtarışlarla dolu həyatından, onların prinsipiallıq, xeyirxahlıq, nöqsanlarla barışmazlıq kimi yüksək mənəvi keyfiyyətlərindən, gənc kadrlara göstərilən qayğıdan bəhs olunur. Oxucu burada ziyalılarımızın müxtəlif nəsillərini təmsil edən professor Salman Qurbanzadə, akademik Aslanzadə, Osmanzadə, Gülmirə, Cəfər, Nadirə, Sakit və başqaları kimi obrazlarla rastlaşacaqdır. Romanda məhəbbətdə və dostluqda sədaqət kimi yüksək mənəvi keyfiyyət tərənüm olunur.
Vəfalım MənimƏlibala Hacızadə · Gənclik Nəşriyyat · 199332 okunma
Puan vermedi·422 syf.··
Beğendi
·
2022 11. kitabı
·
4 günde okudu
·
Okunma: 23 Ekim 2022 00:00
Hacıbala Əlizadənin trilogiyasından sonra "Təyyarə kölgəsi" əsərinin ikinci hissəsini də bitirdim. Yazıçının qələmi o qədər güclüdür ki əsərlərinə doymaq olmur. Biz həmişə əsərin 1 yada 2 qəhrəmanı olmasına o qədər alışmışıq ki bu əsərdəki baş obrazların çoxluğuna ilk dəfə rastlaşsaqda heç də onları qəribsəmirik. Çünki Əlibala müəllim hərkəsin həyatına əsərdə elə toxunur ki hamı birdən doğmalaşır və sanki əzəldən onları tanıyır və gündəlik həyatımızda qarşılaşırdıq. İnsan kitab oxuyanda üfqü açılır dedikləri kitab elə bu kitabdır. 8-10 fərqli obraz, fərqli xarakter, fərqli düşüncə tərzi və fərqli əməl. Bunların harmoniyasını elə qurubki yazıçı adama əsəri oxuduqca ləzzət edir. Mən istərdim ki Azərbaycan ədəbiyyatının bu dəyərli incisini hərkəs oxuyub qoy onlar da özlərinin bir dəfə Gülmirənin, bir dəfə Nadirənin, bir dəfə Salmanın və digər obrazların yerinə qoysun.
Vəfalım MənimƏlibala Hacızadə · Gənclik Nəşriyyat · 199332 okunma
Reklam

Yazar Hakkında

Əlibala HacızadəYazar · 10 kitap
Elibala Güdretoğlu Hacızade, 28 Ağustos 1935’te Ağalıkent köyünde doğdu. Burada ortaokulu bitirdikten sonra 1958’de Azerbaycan Devlet Üniversitesi Şarkşinaslık Fakültesi Fars bölümünden mezun oldu. 1958’de Azerbaycan Yakın ve Ortadoğu Halkları Enstitüsünde çalıştı. 1966-1970 yılları arasında Afganistan’da tercümanlık yaptı. Halen Azerbaycan Yakın ve Ortadoğu Halkları Enstitüsünde çalışmakta ve Nizami dergisinde baş redaktörlük yapmaktadır. Menim Müellimem adlı ilk hikâyesi 1956 yılındaUşakgençneşr’in çıkardığı Gencliyin Sesi külliyatında neşredildi. 1993’te İtkin Gelin romanı esasında yazdığı senaryosuna televizyon dizisi çekildi. 1962’de Azerbaycan Yazarlar Birliğine üye oldu.