8/10
·136 syf.··
Beğendi
·
2025 12. kitabı
·
7 saatte okudu
·
Okunma: 30 Ocak 2025 23:01
Deməli, belə... bir neçə saat içərisində Mister Bone ilə Fransadan İngiltərəyə, Ermənistana və Azərbaycana səyahət etdik. Səyahət maraqlı idimi? Maraqlı idi... Onu Şərqə aparan hekayəni Nikolya Bonenin öz dilindən oxuyuruq. Nikolya fransız bir jurnalistdir(dəqiq fransız?). Öz sadə həyatını yaşayarkən birdən ailəsinin onu övladlıq aldığını, hətta 13000$ qarşılığında satın alındığını öyrənir. (Onu satın alınmasından daha çox məyus edən isə qiyməti idi: “Məni on üç min dollara alıblar. Azdır... Çox azdır... Elə bilirdim, daha çox veriblər. Ola bilsin, ucuz insanam, amma bu qədər ucuza getdiyimi bilmək məni məyus etmişdi(sh.26).”) Və bundan sonra başlanır Nikolyanın həyatındakı dəyişikliklər. O, əslində, hansı ölkənin vətəndaşıdır? Onun gerçək ailəsi kimdir, haradadır? Məhz bu suallara cavab tapmaq üçün Nikolya Şərqə üz tutur... Görəsən, onu nələr, hansı həqiqətlər qarşılayır?.. Çox-çox axıcı, sıxılmadan oxunan, birnəfəsə bitəcək kitabdır. Sujet xətti, yazı üslubu qəşəng, dili sadə və anlaşıqlıdır. "Nikolyanın yazdıqları"nı oxuduğumuzdan kitab hansısa xarici yazıçının tərcümə olunmuş əsərini oxuyurmuş kimi hiss etdirir. Qeyd etmək lazımdır ki, getmədən, görmədən bir ölkə, onun xalqı haqqında yazmaq, yəqin ki, asan bir şey deyil. Bunu bacarmaq böyük bir uğurdur. Kitabın əvvəllərini gülərək, bəzi yerlərini gözlərim dolaraq oxudum. Hekayə yaxşı qurulmuşdu, yaxşı yazılmışdı, ancaq bir oxucu kimi hiss etdiyim bəzi əskikliklər də var idi. Məsələn, bəzi hadisələrin üzərindən çox sürətlə keçilir ki, həmin hissələri daha geniş, daha dərin yazmaq yaxşı olardı. Nikolyanın Endryuya vəd etdiyi məqaləni oxumaq istərdim sonda, təəssüf ki, yox idi. Əsas qəhrəman Nikolyanı bir obraz olaraq bəyəndim, ancaq sonunu heç belə düşünməmişdim. Hə, mister Bone, kaş ki, bizi Şərqə aparan bu hekayənin sonu sənin üçün fərqli olsaydı... Bu qədər. Müəllifə yaradıcılığında uğurlar arzu edirəm! Növbəti kitablarında görüşmək ümidi ilə.
Edebiyat
Nikolya Boneni Şərqə Aparan HekayəSeymur Oruc · Strauss Nəşriyyatı · 202341 okunma
·
575 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Aha maraqlıdır, diqqətimi çəki analiz.
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm.☺️