Mən səndən üstünəm.
Puan vermedi·536 syf.··
2025 13. kitabı
·
4 günde okudu
·
Okunma: 02 Şubat 2025 16:41
İlk əvvəl qeyd etməliyəm ki,kitabın səriştəli bir tərcüməsi var və əziyyətinə görə Azər Əhmədova böyük minnətdarlıq bildirirəm.Əsərin təhkiyəsi isə qəribə idi və biraz dili çətin olduğu üçün anlaşılması çətin yerləri var.Əsərin özünə gəldikdə isə başlığı sıxıcı olsa da,İzabelin oğlu Lintonla,Ketrinin arasında yaranan münasibət qismindən sonra kitab su kimi getdi və fikirlərim müsbət surətdə dəyişməyə başladı.Sanki kitab oxunduqda əvvəldəki hadisələrdə öz mahiyyətini tapmağa başladı.Oxumayanlar üçün mövzudan çox dəm vura bilməyəcəm ancaq,qarşılıqsız eşq və sinif təbəqəsinin yaratdığı acınacaqlı küskünlüyün kinə çevrilməsini çox mükəmməl surətdə Emili Bronte müdhiş qələmə ilə bizə göstərir.Hilstklif kimi bir obrazda kinin insanı necə bir varlığa çevrildiyini gördüm və əslində onu pis adam kimi yox,sadəcə içində çox incinmiş,söz eşitməyən bir uşağın,zamanla böyüyən ruhuna qarşı etirazını və bu etirazında israrlı olmasına bənzər bir səhnə canlandı gözümdə.Nəticə olaraq isə etdikləri əlbəttə ki,təsdiq olunası hal deyil.Məhəbbət qismində belə bir fikir bildirə bilərəm ki,Hiltsklif obrazının içindəki kindən,onun sevgi dolu qəlbini heç kitabda görə bilmədim,nə qədər də bu romanı məhəbbət romanı adlandırsalar da.Başlıqda da qeyd etdiyim kimi,"mən səndən üstünəm"-fikiri nə zaman qədər varsa,o vaxta qədər də küsgünlükdən doğan acılar kinə çevrilib toplumda Hilstklif kimi obrazların sayını artıracaq.
Edebiyat
Tufanlı YoxuşlarEmily Brontë · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 057,9bin okunma
·
273 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.