Gönderi

Mən tanınmış yazıçı deyiləm. Ümumiyyətlə, yazıçıyammı, bunun da cavabı tam olaraq "hə" deyil. Heç bir reklamım yox, cəmi bir kitabım çıxıb, onu da nə mağazalarda, nə də sərgilərdə görmək mümkün oldu. Əlqərəz, bu gün daha on nəfər kitabımı aldı. Kiçik və primitiv şey kimi görünsə də, mənim üçün bunun dəyəri ölçüyə gəlməz. Adicə bir nəfər kitab üçün yazanda elə bilirəm, həmin adamı qazandım. Elə bilirəm, mən öləndən sonra arxamca rəhmət oxuyanların sayı bir nəfər də çoxaldı. Kitabın yazılma məqsədi də gələcəyə hesablanmışdı onsuz. Cildində qeyd etdiyim kimi, "Yüz il sonra azad dünyanın insanları oxuyub bizim nələr yaşadığımızı iliklərinə qədər hiss etsinlər deyə yazılıb" Halqa
·
215 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
biz de istiyerikkk,nece ve hardan elde ede bilerem?