10/10
Həyatın ağrılı dönüş nöqtəsində həyatıma sehirli toxunuşları ilə yenidən ruh qatan fövqəladə bir kitab oldu. Hətta mütaliəni bitirməmə rəğmən hələ də baş ucumda saxlayıram. İnsan robot deyil, ruhdur, mənəviyyatdır, emosiyadır bu səbəbdən söykənəcək bir çiyin, tutunacaq bir qəlb, cümlə ehtiyacında olur. Bu bir insan da ola bilər, kitab da. Abdullaoğlu kitabıyla bu ehtiyacı artıqlaması ilə ödəməyi bacarıb. Xülasə, oxuyun, oxudun🩷