Gönderi

Brief an der Vater
8/10
·57 syf.··
Beğendi
·
2025 2. kitabı
Kafkanın "Atama Məktub"u yazıçının atasına yazdığı məktubdur və onun şəxsi həyatını, ailə münasibətlərini və kimlik böhranını dərindən əks etdirir. Məktub Kafkanın atasına olan zəiflikləri, inciklikləri və qəzəbini açıq şəkildə ifadə etdiyi bir manifest kimidir. Kafka bu məktubda atasının hegemonik şəxsiyyətini və onun varlığına qarşı olan dərin qorxusunu təsvir edib. Atası Kafkanın gözündə öz varlığı ilə bir növ hakimiyyət simvoluna çevrilmişdir. Franz atası ilə olan münasibətində özünü hər zaman yetərsiz hiss etmiş, öz dəyərini atası ilə müqayisədə tapmağa çalışmışdır. Məktubda yer alan ən əhəmiyyətli motivlərdən biri ata və oğul arasındakı əlaqənin "gücü" və "gücsüzlüyü"dür. Franz atasının daha çox fiziki güc və kəskin sözlərlə özünü var edərək oğlunu özünə bağlamasından bəhs edib. Bununla yanaşı, özünün "gücsüz" olduğunu və atasının yanında daim bir boşluq hissi ilə yaşadığını yazıb. Oğul, bir tərəfdən atasının təkcə iradə gücündən deyil, həm də ondan gələn emosional təzyiqdən qaçmağa çalışır. Franz məktubda həm də bir növ özünü izləyən, özünü fərqləndirməyə çalışan bir insan olaraq özünü təqdim edib. Məktub ümumilikdə insanın ailə və cəmiyyət içindəki yerini tapmağa çalışmasında, özünü formalaşdırmağa cəhd etməsindəki mübarizəni təmsil edir.
Edebiyat
Babaya MektupFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 202253,9bin okunma
·
241 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.