~ Ax! Mark Levi oxuyarkən sanki ən sevdiyim rejissorun bir filmini izləyirmiş kimi hiss edirəm O qədər ifadəli yazır..
Əzizim Mark vəə növbəti oxuduğum romanı. Mənə görə Mark Levi insan münasibətlərini də çox gözəl şəkildə izah edir və insani hissləri bütün təbiiliyi ilə (heç bir bənzətmə etmədən) sətirlərinə yansıdır. Bunu isə çox sevirəm.
Yoldaşının hər halını sevən, bütün varlığı ilə onu hiss edib, yaşayan xanım Lili bəyəndiyim obrazlardan idi; ONUN KİMİ BİR QADIN daha görülməyib
Ara-sıra sıxıcı gəlsə də, axıcılığı və maraqlı süjet xətti olan Roman; Həm Hindistandan öz xəyalını reallaşdırmaq üçün gələn Sancayın yaşadığı və həyatına yeni istiqamət verəcək hadisələrdən, həm yoldaşını bütün qəlbiylə sevən və hər anını yaşayan Əvəzsiz Qadından, həm də həyatımızda qarşılaşdığımız məhdudiyyətlərin, əslində heç bir uğurumuza maneə törətmədiyi və dostluq, sevgi hekayəsindən bəhs edir.
Bu romandan sonra liftlərə də hörmət etməyə başladım, deyəsən :) Demək olar ki, elə romanın bir qəhrəmanı olaraü görsək, doğrudur.
Sevgidə məsafə olmaz, Sevgidə əngəl olmaz, Sevgidə madiyyat mövzusu olmaz, Sevgidə keçici heç bir şey olmaz.
Sevgidə batinin zənginliyi və sadəcə ağrılı-acılı yollardan keçilsə də, cəsarət, ağıl və eşq olar.
SEVGİ - Həyatdır.
~ Marc Levy ‘nin dəyərini bilək
Onun kimi Bir Qadın