Gönderi

Puan vermedi·456 syf.··
Beğendi
·
2025 2. kitabı
·
47 günde okudu
·
Okunma: 27 Şubat 2025 22:47
Kitab əsasən 0-6 yaş aralığında travma görmüş uşaqların sonrakı həyatlarında bu travmanın necə təsir etdiyini və bu təsiri aradan qaldırmaq üçün hansı addımların atılmalı olduğunu araşdırır. Beynin inkişafının bu dövrdə sürətlə getdiyini və travmaya məruz qalan, baxımsız qalan və ya sevgi görməyən uşaqların sonradan müəyyən davranış pozuntuları yaşadığını elmi faktlarla əsaslandırır. Həmçinin bu davranış pozuntularının yaranma səbəblərini nevroloji araşdırmalara əsaslanaraq izah edir və onların aradan qaldırılması üçün düzgün yanaşmaları göstərir. Ən vacib məqam budur ki, travmaların müalicəsi yalnız tibbi və ya dərman vasitələri ilə mümkün deyil. Kitab bildirir ki, insanın sağalması üçün sevgi və sağlam münasibətlər lazımdır. Travma əsasən insan münasibətləri səbəbilə yarandığı üçün onun sağalması da yenə insan münasibətləri vasitəsilə mümkündür. İnsan sosial varlıqdır və sosial əlaqələrin güclü olması psixoloji sağalma üçün əsas amillərdən biridir. Kitabın bəyəndiyim tərəflərindən biri də odur ki, bəzi fərdi inkişaf və ya psixoloji kitablarından fərqli olaraq konkret elmi faktlar təqdim edir. Kitabın faktlara əsaslanması və real həyat təcrübələri ilə uyğunluğu onu daha təsirli və dəyərli edir.
Psikoloji
Köpek Gibi Büyütülmüş ÇocukMaia Szalavitz · Koridor Yayıncılık · 202510,5bin okunma
··
200 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.