Gönderi

Puan vermedi·56 syf.··
Beğendi
·
2025 8. kitabı
Salam, dəyəli oxuyucular Akatan adlı yerdə qəbilə başçısı olan Naassın atadan oğula keçən “qan davası mirası” var. Bu qan davası indi o həddə çatıb ki, qatil niyə öldürdüyünü belə özü də bilmir və sırf ənənəyə riayət etmək üçün qarşı tərəfin ailəsindən birini öldürüb. Naass isə bu mənasız qan davasına son qoyulmalı və uşaqların əcdadlarının səhvlərinin nəticələrini yaşamamalı olduğunu düşünür. Naass əcdadlarının adət-ənənələrini səhvlərini bir kənara qoyub düşmən qəbiləsinin sonuncu üzvü Unga ilə evlənmək qərarına gəlir və bununla da qan davasına son qoyulur. Ancaq Naass və Unqanın toy mərasimi bitdikdən sonra bir adam Unganı qaçırdıqda onun həvəsi kəsilir və o andan etibarən amansızcasına Unqanı axtarmağa başlayır. Naass, Unga-nı qaçıran kişinin izinə düşərək illərlə onu axtarır. Şimalın sərt şəraitində, aclıq və yorğunluq içində onun ardınca gedir. Nəhayət, Unga-nı tapanda görür ki, o, artıq özünü qaçıran kişi ilə birgə həyat qurub və Naass-dan uzaqlaşıb. Lakin Naass-ın qəlbindəki qisas hissi onu sakit buraxmır və Unga ilə yaşayan kişini öldürür. Ancaq Naass ümid edir ki, Unga ona geri dönəcək. Lakin əksinə, Unga onu bağışlamır və Naass-ı öldürərək öz azadlığını əldə edir. Xoş mütaliələr
1000Kitap
Bir Kuzey MacerasıJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202425,3bin okunma
·
84 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.