·128 syf.··Beğendi
···Okunma: 16 Mart 2025 08:11 “Batan Güneş” – İnsanın Qaranlıq Tərəfi ilə Üzləşmək
Osamu Dazainin Batan Güneş əsəri təkcə bir ailənin yoxsullaşma hekayəsi deyil, eyni zamanda insanın daxili qaranlığı ilə apardığı mübarizənin aynasıdır. Kitabı oxuduqca, yalnız Kazukonun deyil, bütün xarakterlərin ümidsizliyi, çarəsizliyi və həyatın amansız gerçəkləri ilə üzləşməsi məni sarsıtdı. Hər səhifədə insanın içində gizlənən qorxular, zəifliklər və özünə verdiyi suallar hiss olunur.
Dazai insan ruhunun ən zərif və bir o qədər də qaranlıq tərəflərini o qədər ustalıqla təsvir edir ki, sanki hər cümlə oxucunun içində bir şeyləri oyadır. Kazuko və anasının keçmişə yapışması, Naojio nun özünü içki və ümidsizliyə təslim etməsi – bunlar sadəcə bir ailənin faciəsi deyil, insanın düşə biləcəyi çöküşün müxtəlif üzləridir.