Novruzun tarixi çox qədimdir və zərdüştilik dövrünə qədər uzanır. Bu bayram Şərq xalqlarının əsas bayramlarından biri hesab olunur. Azərbaycan xalqı da Novruzu xüsusi coşqu ilə qeyd edir. O, yazın gəlişini, təbiətin yenilənməsini və yeni ilin başlanğıcını simvolizə edir.