Gönderi

9/10
·208 syf.··
Beğendi
·
2025 14. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Şubat 2025 18:15
Bir müddətdir müasir Yapon ədəbiyyatını oxumaqdan çox zövq alıram. Murakamidən sonra Yapon ədəbiyyatının mənə görə olmadığı kimi yanlış bir fikrə qapılmışdım, lakin sonradan bu qədər gözəl əsərlərlə tanış olmaq şansı əldə etdim. Sweet Bean Paste Days at the Morisaki Bookshop və s. kimi kitabları oxuduqdan sonra PDF formatında yeni əsərlər axtarmağa başladım. Bu axtarış zamanı qarşıma The Lantern of Lost Memories çıxdı. İlk olaraq kitabın üz qabığı diqqətimi çəkdi. Son zamanlarda, kitablar haqqında heç bir fikir sahibi olmadan oxumaq və mövzunu özüm kəşf etmək, oxumağa olan sevgimi daha da artırır. Bu əsərə də eyni yanaşma ilə başladım. Həmişə deyilən “Öləndə gözlərimin qabağından bütün həyatım kino kimi keçdi” fikrinin üzərinə qurulmuş bir əsərdir. Təsəvvür edin ki, ölmüsünüz və bir foto studiyada gözlərinizi açırsınız. Qarşınıza həyatınızın hər günündən bir neçə şəkil qoyulur və siz hər il üçün yalnız bir şəkil seçməlisiniz. Seçdiyiniz şəkillər isə gözlərinizin qabağından keçəcək son xatirələriniz olacaq. Necə də maraqlı bir mövzu! Əsər özü də mövzusu qədər gözəl işlənib. Ümumilikdə üç fərqli insan bu studiyaya gəlir və biz onların xatirələri vasitəsilə qısa da olsa həyat hekayələrinə nəzər salırıq. Və əlbəttə ki, studiyanın sahibi olan bir adam da var. Onun isə bütün xatirələri silinib. Əlində sadəcə tək bir şəkil var. Onun işi isə insanları son yolçuluqlarına yola salmaqdır. 3 insanı oxuyarkən onu da tanımağa çalışırıq. Oxumağa dəyər, maraqlı və axıcı bir kitab idi.
Edebiyat
The Lantern of Lost MemoriesSanaka Hiiragi · Grand Central Publishing · 20245 okunma
·
76 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.