Amil

@AmilM
9/10
·96 syf.··
Beğendi
·
2024 14. kitabı
Kafka bu əsərində insanın cəmiyyət və ailə qarşısında yaşadığı təzyiq və qayğılarını simvolik şəkildə ifadə etməyə çalışır. Gregorun böcəyə çevrilməsi, onun cəmiyyətdəki faydasızlığını və insanlıqla olan bağlarını itirməsini simvollaşdırır. Kafka, əsərdə insanın öz kimliyini və dəyərini başqalarının gözündə itirməsinin necə bir dəhşətə səbəb ola biləcəyini göstərir. “Dönüşüm” həm də Kafka’nın öz şəxsi həyatından ilham almışdır. Kafka, ailəsi ilə olan mürəkkəb münasibətlərini və cəmiyyətdəki yerini tapmaqda yaşadığı çətinlikləri Gregor vasitəsilə ifadə edir. Kitab, insanın özünü anlaya bilmədiyi bir dünyada necə təcrid olunduğunu və başqaları tərəfindən anlaşılmadığını ifadə etməyə çalışır. Kafka, Gregorun hekayəsi vasitəsilə insanın öz kimliyini tapmaqda və cəmiyyətin gözləntilərinə uyğun gəlməkdə yaşadığı ziddiyyətləri araşdırır.
DönüşümFranz Kafka · İndigo Kitap · 2019268,1bin okunma
·
6 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.