Bu hekayə ruhunda qanadları olan hamı üçün yazılıb…
Xəyalları olan bir parabüzənin hekayəsidir. Sən xəyal dediyimə baxma, hər kəs xəyal qura bilmir. Digərlərindən fərqlənən, biraz da qəbul edilməyən, öz dünyasında xoşbəxt olan Azelin xatirələridir bu kitab.
Bu hekayədə tək deyil Azel, onu sevən babası və dostları ilə birlikdə “Niyə?” lərinin axtarışındadır. Onun da işlərinə, arzularına qarışmaq istəyənlər var. Öz işlərini, öz həyatını, arzularını xoşlamayan parabüzən başqasınınkına qarışır.
Uzun-uzun bu kitabdan yazardım amma bu kitabı yeddidən-yetmişə hər kəs oxusun gərək…