Elmaddin Asadov

Elmaddin Asadov
@elmaddinasger
Kitablar haqqında hər şey: t.me/Oxuyan
E-Kütüphane ve Kitapçı
11 Temmuz
73 okur puanı
Nisan 2022 tarihinde katıldı
"Sevilmeyi sever insanlar. Böylece kendi seçtiklerine değil, onları seçme cesareti gösterene âşık olurlar."
9/10
·168 syf.··
Beğendi
·
2024 18. kitabı
Bu hekayə ruhunda qanadları olan hamı üçün yazılıb… Xəyalları olan bir parabüzənin hekayəsidir. Sən xəyal dediyimə baxma, hər kəs xəyal qura bilmir. Digərlərindən fərqlənən, biraz da qəbul edilməyən, öz dünyasında xoşbəxt olan Azelin xatirələridir bu kitab. Bu hekayədə tək deyil Azel, onu sevən babası və dostları ilə birlikdə “Niyə?” lərinin axtarışındadır. Onun da işlərinə, arzularına qarışmaq istəyənlər var. Öz işlərini, öz həyatını, arzularını xoşlamayan parabüzən başqasınınkına qarışır. Uzun-uzun bu kitabdan yazardım amma bu kitabı yeddidən-yetmişə hər kəs oxusun gərək…
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
Bəyənmədim
Puan vermedi
Kitab, məktəbli bir uşağın gündəliyi şəklində yazılmış və dostluq, vətənpərvərlik, mərhəmət, fədakarlıq kimi dəyərləri aşılamağı hədəfləyir. Hekayə bir tədris ili boyunca davam edir və Enriko məktəbdə dostları, müəllimləri və ailəsi ilə yaşadığı təcrübələri bölüşür. Əsərdə fərqli sosial təbəqələrdən gələn uşaqların hekayələri yer alır. Bəziləri mehriban və cəsur, digərləri isə eqoist və acımasızdır. Müəllif bu obrazlarla oxucuya insanlıq, əməksevərlik və düzgünlük dəyərlərini çatdırır. Kitabda "Ayın Hekayəsi" adlanan qısa əhvalatlar da var. Müəllim hər ay uşaqlara bu hekayələri oxuyur. Fərqli ölkələrdən fədakar və cəsur uşaqların həyatını əks etdirən bu hekayələr, vətənpərvərlik, valideyn sevgisi və fədakarlıq kimi mövzuları önə çıxarır. Kitabda Bəyənmədiyim Cəhətlər: Düşünürəm ki, kitabda uşaqlar üçün uyğun olmayan dərəcədə şiddət və ölüm mövzularına yer verilib. Həmçinin, özünü, dəyərli ideyalar və insanlar uğrunda qurban vermək anlayışı həddindən artıq vurğulanıb. Bundan əlavə, ayların bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməməsi əsərin monotonluğuna səbəb olur. Məncə, bu kitab uşaq ədəbiyyatı kateqoriyasına tam uyğun deyil və 16+ yaş həddi daha uyğun olardı.
Uşaq ÜrəyiEdmondo De Amicis · Strauss Press Nəşriyyatı · 202420,5bin okunma
- Budur onlar, öz balaca kitabxanasını göstərdi. - Mənim xatirələrim, mənim keçmişim buradadır... Həyatda başqa bir şeyim qalmayıb.
Sayfa 173 - Strauss
Məktəb insanlar arasındakı fərqləri aradan qaldırır, hamını bir-birinə dost və bərabər edir.
Sayfa 141 - Strauss