Martin Eden, Jack Londonun yarı avtobioqrafik romanıdır. Və məncə ən möhtəşəm əsərlərindən biridir. Martinin gözümüzün önündəki inkişafı heyrətamizdir. Roman o qədər motivasiya və ilhamvericidirki, istər-istəməz adam özünüinkişaf eləməyə cəhd göstərir. Cəmiyyətdəki sosial bərabərsizliklər çox real və təsirli şəkildə təsvir olunub. Həmdə roman axıcı bir dillə yazılmışdır. Ruth'a gəldikdə isə,mənə görə onunki sevgi falan deyildi. Bir insan qarşı tərəfi dəyişməyə çalışmamalıdır. Onu olduğu kimi qəbul etməlidir. Ruth isə tam əksi onu öz standartlarına görə şəkilləndirirdi. Axırda da düşünürəm ki, çox gözəl dərsini aldı. Kaş biridə çıxıb, Martinə başdan-sona kimi dəstək olsaydı, ona inansaydı. Onun bir qab yeməyə ehtiyacı olanda yanında olsaydılar. Halbuki Martin eyni Martin idi. Satılan bütün əsərləri o zaman yazılmışdı. Dəyişən heçnə yox idi. Sonluq isə məncə tam olması gərəkdiyi kimi bitti. Mənə görə roman sonuna qədər 9/10 layiqdir. Martin EdenJack London
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,9bin okunma