Gönderi

Gözlərindən öpüləsi kitablar da varmış..
10/10
·176 syf.··
2025 4. kitabı
·
31 günde okudu
·
Okunma: 31 Mart 2025 05:48
“Dost kimi sevdiyim hekayətlər, sevgili kimi əzizlədiyim ayətlər var; yazı var, bağrıma sıxar, kitab var, gözlərindən öpərəm,” – deyir yazıçımız. Həzrət EşqHəzrət Eşq də, sözün əsl mənasında, gözlərindən öpüləsi kitablardandır. Oxuduqca o qədər doğma, səmimi hisslər ötürürdü ki, kitabı bitirəndə əzizimdən ayrılmış kimi hiss etdim. Ona olan eşqi daha zərif, incə, estetik necə ifadə edə bilərdilər, heç bilmirəm. Qorxutmadı, incitmədi, əksinə, yaxınlaşdırdı, daha da sevdirdi. Qəlbimdə çiçəkli bir baxça saldı, solmuş çiçəklərimi suladı. Bir ay boyunca ən səssiz, ən sədaqətli yoldaşım oldu, əlimdən tutdu. İndi artıq sözə nə hacət? Bir kitab bundan artıq nə etsin ki?!:)
Həzrət Eşqİlqar Kamil · İrşad Nəşriyyatı · 202337 okunma
·
1 +1'leme
·
176 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.