Gönderi

10/10
·1526 syf.··
Beğendi
·
2025 8. kitabı
·
29 günde okudu
·
Okunma: 12 Nisan 2025 22:39
Haradan necə başlayım, nə deyim bilmirəm. Ürəyim çox doludu, üzərinə saatlarca danışa bilərəm. Bəlkə də günlərcə.. İlk əvvəl hisslərimdən danışmaq istəyirəm. Kitab boyu yazıçıya heyranlıq hissi keçirdim. Axı sən nə etdin belə Alexandre Dumas ? Bu necə gözəl düzənlənmiş əsərdir, heçmi bir qüsur olmaz? Yazıçı o qədər gözəl hadisələri bir-birinə bağlayır ki. O qədər səhnələr oldu ki, bu qədər də incə, detallı düşünməzsən də, dedim. Əsəri oxuyanda xoşbəxtlik, kədər, ağrı, sevgi, dostluq, sədaqətsizlik, güvən, vəfa, qorxu, eşq, təşviş, yetərlilik və bunun kimi o qədər fərqli hisslər keçirtdim ki, hər hissi antonimi ilə birgə yaşayırdım. Mövzu.. Edmond Dantes.. Edmond Dantesin Monte Cristo`ya çevrilməsi.. 19 yaşlı dənizci olan Edmond, Kapitan köməkçisidir. Sonuncu səfərlərində Kapitan ölür və limana qayıdan gəmi Edmond tərəfindən idarə edilir. Gəminin sahibi Morrel, Edmond’u Kapitan edir. Bir də bizim Edmond’umuzun çox sevdiyi nişanlısı var, qəsəbədə gözəlliyi dillərə dastan olan Mercedes. Gəmidən düşən kimi gəncimiz cananının yanına qaçır və qucaqlaşırlar, sevgilərini yaşayırlar, toy hazırlıqları ilə əlaqəli danışırlar. Düşünün, 19 yaşınız var, möhtəşəm işiniz və gözəl eşqiniz var. Necə gözəl nemətlər.. Və bu nemətlərin varlığı düşmənlərini də var edəcəkdir. Ax Edmond.. Toy günü Edmond səbəbini bilmədən prokuror tərəfindən göz altına alınır. Günahsız Edmond 14 il Fransanın ən pis zindanında qalır. 14 il. Yaşlı atasından və çox sevdiyi Mercedes’indən uzaq. Orada bilikli Faria ilə tanış olur və o Edmond’u möhtəşəm şəkildə yetişdirir. Və Edmondun artıq tək qayəsi olur, intiqam. Edmond, o qədər gözəl, qəlbi təmiz, dürüst və doğru insan idi ki, onunla tanış olanda çox təəccüblənmişdim. Necə belə birisi ola bilərdi axı. Sonra Monte Cristo`nu tanıdım.. Siz Edmond`un yerində olsa idiniz nə edərdiniz? Bəziləri bu əsərə intiqam hekayəsi deyirlər. Mən elə deməzdim, bu Monte Cristo’nun var olma hekayəsidir. Və Monte Cristo’nun intiqamını tez almamağı, incə-incə işləməyi, planlılığı və hadisələrə qarşı soyuqluluğu sizi bəzən dondurucu okeana atır. Çıxın, çıxa bilirsinizsə. Əsər çox axıcı və anlaşıqlı dildə yazılıb. 1500+ səhifə olmağına baxmayın, sadəcə başlayın, davamı gələcəkdir. İnsan oxuyanda əlindən buraxmaq istəmir, davamlı sonraki səhnəni düşünür. Hətta deyərdim ölmədən əvvəl oxunacaqlar listində top 10-da olması lazım olan kitabdır. Nöqtə. Əsərin filmləri də çəkilib. 2002-də çəkilmiş olanının 2/3 hissəsinə baxdım, sevmədim. Səbəb çox hissəsinin dəyişdirilməsiydi. Onsuz filmi var eşidəndə, içimdən demişdim yəqin 4-5 serilik filmdir. Yəni o boyda əjdaha əsəri sən 2.5 saata sığdırmağa çalışmısansa, qapı oradadır. Bilirsiniz hissi ötürməyi bacarmırlar. Və Monte Cristo off. Yəni bu şəxsi yazmaq elə-belə bir şey deyil ciddən. Bütün səhnələrdə gözüm onu axtarırdı və davamlı istəyirdim onu müşahidə edim, onu tanıyım. Digər obrazlar onu təsvir edərkən, hər detayını beynimə yazırdım. Onunla birgə bu yolda addımlayırdım, mən onun hər hərəkətini izlərkən, o məndən bixəbər idi. Qəlbinin dəyişdiyini deyən Monte Cristo, məncə yanılırdı. Mən hələ də orada bir yerlərdə Edmond’un olduğuna inanıram. Həmişə də inanacam. Əsərin sonu sizi düşünmə quyusuna atır, oradasınızmı? Sevdiyim digər obrazlara da yer vermək istəyərəm, Faria, Albert Morceff, Morrel (ata-oğul), Mercedes. Bunlar da əjdaha obrazlar idi. Hansı ki əsərin kilid nöqtələrində qaçıb, gəlir, fərqli baxışlarla bizə kömək edirdilər. Mercedes isə onu həm bağışlayır və anlayıram. Həm də qırğınam. Hər şeyi daha fərqli edə bilərdi. Fəqət cəsarəti ilə göz oxşayırdı və eşqinin izlərini daşımaqla. Əsərdə sevdiyim nöqtələri ümumiləşdirsəm; Allah’a təvəkkül, inam hissinin aşılanması, ədalətin sorğulanması, sevginin bəzən qovuşmamaq olmağının qəlblərimizə alov kimi atılması, gözəl insanların daima var olduğuna inamın aşılanması. Yazıçı Alexandre Dumas ayaqda alqışlayır, əsəri bu qədər gözəl toxuduğu üçün, eynilə hissləri tam ötürüb, təsvirləriylə bizi məst etməyinə ürək dolusu əhsən deyirəm. Və siz oxuyucular, təcili oxumalısınız. “Demek zavallı denizci, hikayeler anlatan bazı kişilerin anılarında yaşıyor.”
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202537,1bin okunma
·
197 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
İnsanın lap Edmond olası gəlir.. Bir kitab da ancaq bu qədər hisli ötürülə bilərdi...