·222 syf.··Beğendi
···Okunma: 12 Nisan 2025 22:32 Bəzi kitablar vardır ki, onları anlatmağa və hislərini bölüşməyə hansı sözlərlə başlayacağını bilmirsən. Paylaşmaq istədiyin o qədər üzüntü, iztirab vardır ki, qərar tuta biləcəyin duyğuları tam seçə bilmirsən.
Həyatımda oxuduğum emosional kitabların ötəsinə keçən bir kitab idi. Yusuf’un uşaqlığından yana onun qismətinə yazılmış acınacaqlı həyatı və özünü təcrid etməyə çalışdığı dünyadan sevgi hissini bəxş etdiyi tək bir qadın - Muazzez.
Yusuf’un hiss etdiyi və onu tərənnüm edən duyğuları oxuyarkən empatiya duyğusunun ön plana çıxmaması, uzun-uzun düşünməmək mümkünsüz idi.
Həyatda heç bir yeri olduğunu düşünən və daima insanlardan qaçan birinin bir insana böyük qəlbli sevgi ilə bağlanması və onu sevməsi isə sadəcə möcüzəyə bərabər idi. Muazzez’in də qarşılıqlı hisləri bu sevgini daha müqəddəs qılırdı.
Amma qədər Yusuf’dan yana idi və həyat onun sevdiyini sonda əlindən aldı.
Kitabda haqsızlıq qarşısında susma, insanların təbəqə cəhətdən digər insanlar qarşısında haqsızlığa boyun əyməsi və cəhalət ilə yaşaması çox açıq vurğulanır.
Həmin dövr üçün yazılan bu roman indi də oxuyucularımızı dərin hüzünlə sarsıdır.
Yusuf kimi insanların həyatdakı mövqeyi və xəyalları isə sadəcə geri planda qalır.