Alyva

@Alyvaa
10/10
·277 syf.··
Beğendi
·
2025 26. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Nisan 2025 19:08
Alexandra Cavelius'un Leyla adlı romanı, müharibənin insanın ruhunda qoyduğu dərin izləri göstərən təsirli bir əsərdir. Kitabda müharibənin yalnız səngərlərdə deyil, eyni zamanda insanların bədənində və ruhunda da necə dərin izlər buraxdığını, xüsusilə də qadınların və uşaqların yaşadığı zülmü açıq şəkildə oxuyuruq. Müharibədən əvvəl həyat dolu, şən, xoşbəxt bir qız olan Leylanın əsir düşdükdən sonra başına gələnlər insanın təsəvvür edə bilməyəcəyi qədər ağırdır. Zorlamalar, fiziki və psixoloji işgəncələr, əsirlikdə keçən dəhşətli, ağır günlər.. Bu ağrılar, əzablar onu sadəcə dəyişdirmir, demək olar ki, yeni bir insana çevirir: susqun, qapanmış, üzündə daim kədər olan biri. Kitab sadəcə Leylanın yox, onun timsalında minlərlə qadının başına gələnlərin də hekayəsidir. Əsərin ən təsirli tərəfi isə hadisələrin birbaşa Leylanın öz dilindən danışılmasıdır. Oxucu onunla birlikdə ağlayır, qorxur, ümid edir və yenidən ayağa qalxmağa çalışır. Onun göstərdiyi səbr, yaşamaq iradəsi və sonda səssizliyini pozaraq danışmağa cəsarət etməsi bir qəhrəmanlıq nümunəsidir. Leylanı yalnız yaşadıqlarına görə deyil, eyni zamanda danışdığı üçün də təqdir etmək lazımdır. Çünki bu cür dəhşətli həqiqətləri danışmaq da yaşamaq qədər ağırdır...
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
·
335 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.