Sən yarımın qasidisən,
Əylən, sənə çay demişəm.
Xəyalini göndəribdir,
Bəs ki, mən ax-vay demişəm.
Ax! gecələr yatmamışam,
Mən sənə lay-lay demişəm...
Sən yatalı mən gözumə
Ulduzları say demişəm.
Hər kəs sənə "ulduz" deyə,
Özüm sənə "ay" demışəm.
Səndən sonra həyatə mən
Şirindisə, zay demişəm.
Hər gözəldən bir gül alıb
Sən gözələ pay demişəm...
Sənin gün tək batmağıvı
Ay batana tay demişəm.
İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm.
Gah toyunu yadə salıb
Mən dəli nay-nay demişəm.
Sonra yenə yasə batıb
Ağları hayhay demişəm.
Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm.
Ömrə sürən mən qara gün
Ax demişəm vay demişəm...