Gönderi

10/10
·880 syf.··
2025 6. kitabı
·
23 günde okudu
·
Okunma: 23 Mart 2025 00:00
“Anna Karenina” – Sevgidə Azadlıq Axtaran, Xəyanətdə Boğulan Bir Qadının Hekayəsi Lev Tolstoyun bu əsəri təkcə rus ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən dərin, ən təsirli romanlarından biridir. Kitab sevginin, ailənin, cəmiyyətin, vicdanın və insan ruhunun mürəkkəb labirintində itmiş bir qadının faciəsini anladır. Anna – gözəl, zərif, duyğulu bir qadın..ictimai qınağın, daxili boşluğun və əbədi xoşbəxtlik axtarışının qurbanına çevrilir. Tolstoy Anna vasitəsilə qadın azadlığının məhdudiyyətlərini, sevgi və ehtirasın insanı necə məhv edə biləcəyini, həm də cəmiyyətin qəddarlığını göstərir. Anna yalnız sevgiyə görə yaşamaq istəyir. Ancaq yaşadığı sevgi..Vronski ilə olan münasibəti onu azad etməliykən, əksinə, zəncirləyir. O, həm cəmiyyətin hökmü, həm də öz vicdanının səssiz mühakiməsi altında əzilir. Özümə yaxın hiss etdiyim və ən çox sevdiyim obraz, əsərin digər qəhrəmanı Levin isə əslində Tolstoyun özünün sanki güzgüdəki əksidir. Levin həyatın mənasını torpaqda, zəhmətdə, ailədə, səmimi sevgidə tapmağa çalışır. Anna və Levin – biri uçuruma gedən, digəri həyatın içində mənanı tapan iki paralel hekayədir. Onların yolları kəsişməsə də, biri digəri üçün dərsdir. Anna Karenina bizə öyrədir ki, sevgi – hər zaman azadlıq demək deyil. Bəzən sevgi, insanı öz içində itirir. Bəzən cəmiyyətin qaydalarına qarşı çıxmaq azadlıq deyil, yalnızlıq doğurur. Bu roman oxucuya sadəcə bir hekayə danışmır – o, oxucunun ruhuna toxunur, onu silkələyir, düşündürür. Anna’nın sonuna baxaraq insanın boğulduğu anda belə gözəllik və sevgi axtarışına necə möhkəm sarıldığını görürük. Anna Karenina – sadəcə bir roman deyil. O, hər oxunuşda bir daha yazılan, bir daha hiss olunan, bir daha yaşanan bir həyat hekayəsidir.
Edebiyat
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,5bin okunma
·
45 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.