Uzun zaman öncə oxumağıma, kitab haqqında fikirlərimi də elə oxuduğum müddət ərzində formalaşdırmağıma baxmayaraq bu gün tam olaraq bitirə bildim və...
Sevgini axtaran, özünü əzdirməyən, tənqidə açıq olan, amma qəlibləşmiş fikirlərə qarşı çıxan, sorğulayan, özünə inanaraq güvənini heç vaxt itirməyən, idealları olan insanların adıdır... Martin Eden... Haradan gəlib haraya getdiyini bilən insanların adıdır. Həyatını gəmi işçisi kimi işləyərək qazanıb yaşayan Martin Edenin həyatı, bir davada xilas etdiyi gəncin onu evinə dəvət etməsi ilə dəyişir. Həmin evdə yaşayan Rutha aşiq olması ilə həyatı dəyişən Martin ətrafındakı mühiti, işini və dostlarını bəyənməməyə başlayır və aşiq olduğu qadına yetmək üçün dəyişməyə qərar verir. Martin, Ruth ilə evlənmək üçün nüfuzlu bir peşə sahibi olmalı olduğunu, onun ətrafındakı insanlar kimi nəzakətli olmalı, oxumalı olduğunu anlayır. Və bununla yanaşı nüfuzlu peşənin özü üçün yazıçılıq olduğunu da bilir.
Özünü yalnız yazıçı olaraq görən və bu yazıçılıq ehtirası ətrafındakılar tərəfindən dəstəklənməyən Martin Eden, onların əksinə özünə olan inamı sayəsində mühüm bir yazıçı olacağına inanır və özünü yazmaqdan başqa bir işin, peşənin içində təsəvvür edə bilmir. Hadisələrin baş verdiyi illər ərzində Martin Eden ədəbiyyatı, sənəti və həyatı sorğulayır, heyranlıq duyduğu var - dövlətin əslində nə qədər adi olduğunu anlayır... Qələm gücünə güvənən Martin öz ruhunda nə qədər inam bəsləsə də, mənəvi olaraq dərin olmayan insanların içində xüsusilə səmimiyyət baxımından geniş bir bütövlük axtarışına da çıxır.
Yazıçının həyatından da yer yer izlər daşıdığı üçün yarı avtobioqrafik bir əsər sayılan “Martin Eden” romanının idealist, xəyallarla yaşayan qəhrəmanı Martin, romanın sonunda gəldiyi yerə – dənizlərə qayıdaraq hekayəsinə son qoyur. Hər şeydən bezən, hər kəsi qeyri - səmimi hesab edən Martin özünü okeana ataraq intihar edir və bir növ azad olur.
Gün gələcək
Martin EdenJack London yenidən oxuyacağam... Bu dəfə öz dilimizdə...