Gönderi

3/10
·256 syf.··
2025 17. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Mayıs 2025 18:53
Mənəvi inkişaf və Motivasiya tipli kitabları oxumağı sevmirəm. Bu kitabı da tövsiyyə əsasında oxudum və bir daha bu janrda oxumayacağıma əmin oldum. Əslində, bu tip kitablar bizə fərqli bir fikir söyləmir. Bizim bildiklərimizi bizə yenidən aşılayır. Hətta, məncə, bir yerdən sonra, mənəvi inkişaf yox, əsəb verməyə başlayır (ən azından bu kitabda belədir). Kitabın müəllifi Eckhart Tolle 30 yaşına kimi intihar depressiyası dövrləri ilə müşahidə olunan davamlı sıxıntı içərisində yaşayıb. Belə bir günlərin birində yuxudan şiddətli qorxu içərisində oyanıb, ətrafda gördüyü hər şey gözünə o qədər mənasız görsənib ki, dünyaya nifrət etməyə başlayıb və mövcudluğunun mənasızlığını dərk edib. Qəflətən, yaşadığı iztirablardan qurtulmağa və özünü "aydınlatmağa" qərar verib. Və belə bir kitab ərsəyə gəlib.. Kitabın ümumi mesajı da məhz belədir: "Keçmiş iztirablarınızdan və Gələcək qayğılarınızdan qurtulun, İndiyə köklənin. Keçmişinizdən dərs çıxarın, amma keçmişdə qalmayın. Gələcəyi düşünməyin, çünki Gələcəyi düşünsəniz, İndini yaşaya bilməzsiniz". Bu qədər. Kitab bu 3 cümlə üzərində qurulub. Hər 2-3 səhifədən bir, bu cümlələrin başqalaşmış forması qarşınıza çıxır.
İndinin GücüEckhart Tolle · Qanun Nəşriyyatı · 20194,130 okunma
·
665 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Şimdi'nin Gücü Uygulama Kitabı kitabı oxuyub sevmişdim. Çünki, öyrəndiyimiz məlumatları necə tətbiq edə biləcəyimizi göstərirdi. Bildiyimiz məlumatları oxumaq sıxıcı gəlir, Ikigai - Japonların Uzun ve Mutlu Yaşam Sırrı kitabında olduğu kimi. Önəmli olan bildiyimizi tətbiq edə bilməkdir.
Farid Abbasov
Gönderi Sahibi
Halbuki, İkigai da çox sevilir)