8/10
·129 syf.··
Beğendi
·
2025 28. kitabı
Nikolay Qoqolun “Müfəttiş” adlı əsəri, bir tərəfdən insana gülməli gəlir, digər tərəfdən isə səni dərindən silkələyir. Əsərin zahiri forması yüngül və komediya janrında olsa da, içərisindəki mesajlar son dərəcə ciddi və düşündürücüdür. Oxuduqca bir məmur şəhərinin necə rüşvət bataqlığına batdığını, necə qorxu və cahillik içində qərar verdiyini görürsən. Əsər öz dövrünün bürokratik sistemini tənqid etsə də, elə bil ki, bu günümüzə də toxunur. Əsərin əsas ideyası – korrupsiyanın və yaltaqlığın cəmiyyətə vurduğu zərər – çox aydın şəkildə çatdırılır. Kiçik bir əyalət şəhərində məmurların əslində sadəcə vəzifələrini yerinə yetirmək əvəzinə, özlərini qorumağa və üstəlik müfəttiş rolunu oynayan bir alçaq qarşısında yaltaqlanmağa çalışması, tragikomik bir tablo yaradır. Xlestakov isə bu yalan sistemin içində təsadüfən bir güc qazanan boşboğaz bir gəncdir. O, bəlkə də əsərdəki ən maraqlı obrazdır, çünki o heç nə etmir – sadəcə camaatın yanlış anlaması nəticəsində qəfil yüksəlir və buna etiraz da etmir. Qoqolun dili sadədir, amma ironiyaya və gizli mesajlara zəngindir. Əsərin axıcılığı, dialoqların canlılığı və səhnələrin təbii gedişi oxucunu tez öz içinə çəkir. Mənim üçün əsərin ən güclü tərəfi onun açıq sonluğu oldu. Gerçək müfəttişin gəlməsi ilə məmurların üzündəki qorxu, bir anlıq susqunluq və səhnənin donub qalması – elə bil həyatın özüdür. Oxucu kimi bu səhnədə donub qalmaq istəyirsən, çünki artıq zarafatın sonu gəlib. “Müfəttiş” mənə öyrətdi ki, yalan üzərində qurulan hər bir sistem nə vaxtsa öz ağırlığı altında dağılacaq. Hər kəs bir az Xlestakov ola bilər – ya da onlara inananlar. Əsər təkcə Rusiyaya yox, ümumən bütün dünyadakı idarə sistemlərinə güzgü tutan bir əsərdir. Ona görə də bu kitabı yalnız gülmək üçün yox, düşünmək üçün oxumaq lazımdır.
MüfettişNikolay Gogol · Türkiye İş Bankası Kültür Yayınları · 20216,4bin okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.