·388 syf.····Okunma: 26 Mayıs 2025 08:23 Mən hər bir kitabın, filmin, məqalənin, bilgi əldə edəcəyim istənilən mənbə ilə tanış olmağın bir zamanı olduğuna inanan biriyəm. İstər film olsun, istərsə də kitab, tam ehtiyacım olduğu anda qarşıma çıxar və həmən ankı ruh halıma uyğun ya mənə yol göstərər, ya da ki hər hansı mövzuda gözümü açar və həyatıma toxunuşu əvəzsiz olar, bununla da həyatımda unudulmaz xatirəyə çevrilər.
Eynilə Çağrı kimi. Əvvəla onu deyim ki, yazı çox sevən biri olaraq, hər dəfəsində çölləri, ağacları izləyərkən diqqət etdiyim detalları kitabda oxumaq xüsusi zövq verir.
Haqqında danışmağa isə o qədər söz var ki, insan bilmir hansından başlasın. Hüzuru tam anlamı ilə hiss etmək istədiyim bir zamanda hər bir sətirdə gözlərimi açan cümlələri oxumaq bir başqa dünyaya aparır insanı. Oxuduqca Çağrının yaşadığı həyatı onunla birlikdə sevinci-kədəri, ağrısı-acısı ilə birlikdə yaşayırsan. Vaxtsız itkilər Çağrını çox tez böyüdür, həyatında baş verən acı hadisələr, özünün dediyi kimi etdiyi səhvlərdən nəticə çıxarmaq onu daha da müdrikləşdirir. Uzun bir yola çıxır Çağrı, müşahidə edir gördüklərini, bu yolda özünə bələdçi seçdiyi insanlarla rastlaşır, ruhunu ibrətamiz söhbətlərlə yoğurur və ən sonda heç gözləmədiyi bir hədiyyə ilə mükafatlandırılır.
O qədər cümlənin altından xətt çəkmişəm ki, zaman-zaman açıb yenidən vərəqləyəcəm və hər dəfəsində də o cümlələrin mənə yol göstərəcəyinə inanıram.