Dürüst olmaq lazım gələrsə, çox qəribə hislər içindəyəm. O qədər təsirlənmişəm ki...
Bir Azərbaycanlı olaraq, bizim belə bir yazıçımızın olması məni çox xoşbəxt edir. Kitabda klassik Rövşen Abdullaoğlu üslubunu görürük; əvvəl bir-biri ilə əlaqəsiz kimi görünən hadisələrin sonradan qüsursuz və valehedici bir şəkildə bir-birinə bağlanması..
Kitabda sevgi, kədər, qəzəb, ümid, mərhəmət, qəddarlıq - ümumiyyətlə, bütün hislər uc nöqtələrdə yaşanır, insanı kitabdan ayrılmağa icazə vermir. Elə gün oldu ki, 150 səhifə oxuyurdum amma yatanda yenidən kitabı götürürdüm, ürəyim kitab qəhramanları və onların kədərlə dolu amma sonradan ümid bəxş edən həyatlarının yanında qalırdı.
Yazıçının digər əsərlərini də bəyənirəm, amma bu kitab bir başqadır. Çox şadam ki, başqa dillərə də tərcümə olunub və dünyanın bir çox yerindən minlərlə insan bu səhifələrlə vaxt keçirir. Əsəri oxuyan zaman təsirlənməmək, gözlərinizin dolmaması mümkün deyil...
Kitab "psixoloji roman" kateqoriyasına aid edilir amma mənim üçün həm roman, həm tarix, həm də coğrafiya kitabıdır. İnsan oxuduğu zaman bir çox məlumatla tanış olur.
Koramal əsərində yazıçı müharibə mövzusuna, əsirlərin necə həyat keçirdikləri (daha doğrusu, keçirmədikləri) mövzusuna çox gözəl toxunmuşdu. Həmçinin burda da. Düzdür, insan müharibə görməyənə kimi onun necə bir şey olduğunu bilə bilməz, amma Rövşen Abdullaoğlu sanki bizə əsl səhnələr yaşatdı...
Uzun sözün qısası, bu kitabı mütləq amma mütləq oxuyun və oxudun :)
PS: İndiyə qədər oxuduğum ən gözəl kitablardan biridir.