Puan vermedi·197 syf.····Okunma: 19 Mayıs 2025 10:32 Əsərin peysaj və hekayə nəqlində dəqiqlik insanın nəzərini cəlb edir. Kitabın başlarında Prendick'in səyahət etdiyi gəminin toqquşma nöqtəsini xəritədə en və uzunluqla qeyd etməsi, hekayənin başında insana detallı məlumatlarla yeni bir macəraya başladığı hissini verir. Hekayənin başlarından sonuna qədər Edward Prendickin başına gələnlərə nəzər yetirdikdə, şans, ehtimal, sürprizlər və qeyri-müəyyənlik kitabın hipotezisinin Darwinin təkamül nəzəriyyəsinə qarmaq atdığını müşahidə etmək olur.
John Glendening “GREEN CONFUSION”: EVOLUTION AND ENTANGLEMENT IN H. G. WELLS’S THE ISLAND OF DOCTOR MOREAU məqaləsində bu romanın Charles Darvinlə birbaşa 3 əlaqəsi olduğunu qeyd edir. 1. Əsərin qəhrəmanı və hekayəçimiz Edward Prendick H.G. Wells'in özünə bənzəyir. Wells həmçinin Darvinin tələbəsi və dostu olmuş böyük biolog və təkamülçü Thomas Huxley'in tələbəsi olmuşdur.
2. Əlaqə Dr Moronun adasının Darvinin ziyarət etdiyi və onu məşhur edən Galapagos adası ilə oxşarlığıdır.
3. Əlaqə isə Darvinin Növlərin mənşəyi adlı əsərinin son paragrafında qeyd edilən "entangled bank" yəni müxtəlif növ canlıların zəncirvari bir əlaqə ilə bir yerdə yaşaması anlayışının məhz Doktor Moronun adası romanının mənimsəməsidir. Tək fərq bundadırki, Darvinin təkamül nəzəriyyəsi insanlıq və onun kainatdakı yeri haqda optimist bir baxış sərgiləməsinə baxmayaraq, Wellsin hekayəçisi insan həyatının mədəni və bioloji əsasının kəşfində negativ bir yol izləyir. Bu anlamda əsərin distopik bir elmi-fantastik əsər olduğunu deyə bilərik. Ancaq, tarixə bir baxış atdıqda heyvanlar üzərində müxtəlif növ və müxtəlif məqsədli yetərincə eksperiment və araşdırmalar aparıldığını nəzərə alsaq, bu distopiya heç də qeyri-adi gəlmir. Digər tərəfdən əsərdə tanrı və din anlayışına, ilkin cəmiyyətdə bu anlayışların necə yarana biləcəyinə və şəxs və ya məfhumların necə ilahiləşdirilə biləcəyinə bariz praktiki nümunə göstərir. Həm elmi-fantastik əsər oxuyub, həm də sətiraltı mesajlardan zövq almaq istəyən oxuyucular üçün nəfis bir əsərdir.