Hər vaxtınız xeyir, 1k kitabsevərləri.
Qəm dəryasından qələm doldurub şeir dünyasında seyr eyləyən şairin, süzülən sətirləri olmaz, bulud dolu gözyaşları olar.
Neçə misrada gözlərimə toxunmağa qıymadım, neçə fəğanlı vərəq çevirdim...
İlk dəfə bir kitabı səssiz deyil, səsləndirərək oxumağın ləzzətini aldım. Mən səsləndirdim, həmkarım gözləriylə suvardı oxuduqlarımı.
Eyni duyğuları paylaşanların bir-birinə oxumalı olduğu şeirlərdən keçdi yolum.
Səndən gözəl olmasın oxuduğum hər sətir çox gözəldi..
Xoş mütaliələriniz olsun.