Fikirləşirəm ki, bu kitabı yazıçının daxili aləmini, xarakterini və həyat görüşlərini anlamaq üçün xüsusi önəm daşıyır. Kitabda yer alan "Hökm" və "Çevrilmə" kimi novellalar Kafka ədəbiyyatına xas olan absurdluq və ekzistensial qorxularla yanaşı, onun ailə ilə, günah hissi ilə və öz varlığı ilə apardığı mübarizəni dərin şəkildə əks etdirir.
Həmçinin kitabda olan pritçalar, gündəliklərdən parçalar və Qustav Yanouxla söhbətlər də F. Kafkanın yalnız yazıçı kimi deyil, insan kimi də kim olduğunu göstərir. Onun gündəliklərindəki şəxsi qeydlər və dostuna etdiyi etiraflar Kafka obrazını daha canlı,həssas və bir qədər də kədərli göstərir. Bu nüansları o digər əsərlərində bəzən gizli və simvolik formada təqdim eləsə də, bu kitabda daha birbaşa və səmimi şəkildə təsvir edib
Franz KafkaVəsiyyət