Sizə kitablar yox, nə vaxtsa onlarda olanlar və bu gün də bizim qonaq otaqlarımızdakı proqramlarda da ola biləcək, amma olmayanlar lazımdır. Elə həmin təfərrüatlara olan diqqəti, həmin həssaslıq və düşüncəni radio və televiziya verilişləri bizdə tərbiyə edə bilərdi, ancaq heyif ki, onlar bunu etmir. Yox, yox, istədiklərinizin hamısını kitablar sizə dərhal verməyəcək.
Onları mümkün olan hər yerdə - köhnə qrammafon vallarında, köhnə filmlərdə, köhnə dostlarınızda özünüz axtarın