Böyle Söyledi ZerdüştFriedrich Nietzsche'nin fəlsəfi bir əsəridir.
Əsərin əsas obrazı Zərdüşt, tarixdə Zərdüşt dininin peyğəmbəri kimi bilinir, amma kitabda isə filosof, yolgöstərəndir.
Zərdüşt uzun illər dağlarda yaşadıqdan sonra insanların yanına öz dəyərlərini, həqiqətlərini çatdırmaq üçün enir. O köhnəlmiş əxlaqı, yəni cəmiyyətin, dinin insanlara qəbul etdirdiyi "Yaxşı və pis" anlayışını tənqid edir.
Nietzsche əxlaqı iki yerə ayırır: kölə və ağa əxlaqı.
Kölə əxlaqı, zəiflərin yaratdığı əxlaqdır. Yəni gücsüz insanlar, güclü insanları pis, özlərini isə yaxşı elan edir. Təvazökarlıq, itaətkarlıq kimi şeylər kölə əxlaqının təməlidir deyir Nietzsche.
Ağa əxlaqı isə güclü və yaradıcı insanların əxlaqıdır.
Nietzsche'yə görə biz artıq kölə əxlaqı ilə yaşayırıq. Dinlər və cəmiyyətlər bizə bu qorxunu və itaəti aşılayıb. Biz öz əxlaqımızı yaratmaq əvəzinə başqasının yaratdığı, yazdığı qanunlara tabe oluruq.
Əsərin əsas ideyası isə "Üstinsan" anlayışıdır.
Nietzsche deyir ki,
"İnsan aşılması gereken bir şeydir."
Yəni bir növ körpüdür və özünü aşaraq daha yüksəyə çata bilər. Bu da üstinsandır.
Üstinsan, öz dəyərlərini yaradan, sürü psixologiyasından çıxmış bir varlıqdır.
Əsərdə "Tanrı öldü" deyir Nietzsche. Bu ifadəsinin arxasında duran əsas səbəblərdən biri, 19-cu əsrdə Qərb sivilizasiyalarında dinə və Tanrıya olan inancın zəifləməsidir. Artıq köhnə əxlaqi dəyərlər, inanclar insanı idarə edə bilmədiyi üçün insan yeni dəyərlər yaratmalıdır.
Kitabdakı ən sevdiyim sitatlardan biri isə bu oldu:
"Özgür mü diyorsun kendine? Sana hükmeden düşünceni duymak isterim."
Həqiqətən biz azadıqmı? Yoxsa içimizdəki düşüncələr, cəmiyyətin bizə yüklədiyi anlayışlar, dəyərlər, qorxularmı bizi idarə edir?
Böyle Söyledi Zerdüşt dərin və düşündürücü bir əsərdir. Bəzən anlamaq üçün bir cümləni təkrar-təkrar oxumağınız lazım gələ bilər. Oxuyacaq olanlara indidən xoş mütaliələr.
Böyle Söyledi ZerdüştFriedrich Nietzsche · Türkiye İş Bankası Kültür Yayınları · 202447,7bin okunma