8/10
·102 syf.··
2025 51. kitabı
·
2 saatte okudu
·
Okunma: 09 Temmuz 2025 01:05
İnci John Steinbeck'in Meksikanın xalq hekayəsindən təsirlənərək yazdığı bir romandır. İnci Meksikanın kasıb bir kəndində keçən bir hekayədir. Romanın əsas obrazı Kino, həyat yoldaşı Juana və körpə oğulları Coyotito ilə birlikdə sadə, sakit bir həyat yaşayırlar. Hekayə, Coyotitonu əqrəb sancması ilə başlayır. Kino oğlunu həkimə aparır, amma kasıb olduqları üçün həkim kömək etmir. Bu hadisə Kino və ailəsi üçün bir dönüş nöqtəsi olur. Beləliklə Kino və Juana oğlunu xilas edə bilmək üçün inci ovuna çıxırlar. Kino dənizdən tayı-bərabəri olmayan böyük bir inci tapır. Əvvəlcə bu onlar üçün böyük sevinc olur, çünki Kino və Juana düşünürlər ki, bu inci onların bütün arzularını reallaşdıracaq. Uşaqlarını oxudacaq və yaxşı bir həyat yaşaya biləcəklərini düşünürlər. Amma vəziyyət tam əksinə dəyişir. İncinin xəbəri bütün kəndə yayılır. İnsanlar inciyə göz dikib tamahlanır, həsəd aparır, Kino və ailəsinə zərər verməyə çalışırlar. İnci ilə birlikdə insanların iç üzü də ortaya çıxır. Kino da əvvəlki kimi olmur, getdikcə daha qəzəbli, aqressiv, şübhəçi, sərt biri olur və Juana ilə münasibətləri gərginləşir. Romanın ən təsirli anı Coyotitonun ölümüdür. Kino bu zaman anlayır ki, inci onların həyatına sevinc və xoşbəxtlik yox, qorxu və itki gətirdi. Və sonda isə incini dənizə atır. Amma ən böyük itkisini yaşadıqdan sonra.. İnci romanı sadə dildə yazılıb amma verdiyi mesaj dərindir. John Steinbeck Pulun, var-dövlətin, tamahın insanları necə dəyişdirəcəyinə, necə itkilərə səbəb ola biləcəyini göstərir. İnci də bunun bir nümunəsidir.
İnciJohn Steinbeck · Sel Yayıncılık · 202349,9bin okunma
·
64 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.