Gönderi

Güneş ve Onun Çiçekleri – Rupi Kaur
6/10
·256 syf.··
2025 9. kitabı
·
17 saatte okudu
·
Okunma: 09 Temmuz 2025 15:08
Rupi Kaur -un daha öncə Süt ve Bal kitabını oxumuşdum və bu kitab da mənim üçün ortalama bir təəssürat yaratdı. Güneş ve Onun Çiçekleri kitabında bəzən duyğular səmimi, bəzən isə sanki çox “açıq” şəkildə təqdim olunurdu. Mən düşünürəm ki, ədəbiyyat bir çox şeyə toxuna bilər, amma hər mövzunun da öz həddi, incəliyi və estetik sərhədi olmalıdır. Bu sərhədlərin aşılması məndə diskomfort hissi yaratdı. Digər tərəfdən, kitabda tez-tez təkrarlanan və artıq “çeynənmiş” fikirlərlə də qarşılaşdım. El arasında desək, bəziləri artıq çoxdan “çürüdülmüş” ideyalar idi. Buna baxmayaraq, diqqətimi çəkən, xoşuma gələn hissələr də oldu. Xüsusilə gözəllik standartları ilə bağlı deyilən fikirlər bu günün aktual problemlərindən biridir. Rupi deyir: “Sahip olduğumuz güzelliğe inansak, trilyon dolarlık bir sektör çökecek.” Bu cümlə ilə sanki içimizə tutulan bir güzgüdür – dəyərlərimizi başqasının təsdiqinə buraxmasaq, sistem silkələnəcək. İncələmənin sonunda isə kitabın son səhifələrindən bir sitatla bağlamaq istəyirəm. Düşünürəm ki, bu sözlər Rupi Kaur-un bütün kitab boyu demək istədiklərinin sadə və dərin bir xülasəsidir: “ilk günden beri ihtiyaç duyduğu her şey vardı zaten içinde eksik olduğuna dünya inandırdı onu” Bu kitab mənə bir daha xatırlatdı ki, hər qadının içində artıq tam bir “mən” var. Sadəcə bəzən bunu unutdururlar bizə – cəmiyyət, standartlar, keçmişlər, qorxular… Amma hər şeyə rəğmən, insan özünün yanında qalmağı bacaranda içində çiçəklər yenidən açır. İçindəki çiçəkləri heç vaxt unutma… Rupi Kaur Güneş ve Onun Çiçekleri
Duygu ve Düşünce
Güneş ve Onun ÇiçekleriRupi Kaur · Pegasus Yayınları · 20183,986 okunma
·
32 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.