8/10
·517 syf.··
Beğendi
·
2025 36. kitabı
·
8 günde okudu
·
Okunma: 18 Temmuz 2025 09:59
Jack London-un Martin Eden əsəri mənim üçün sadəcə bir roman deyil, həm də bir insanın özünü yaratmaq mübarizəsinin, idealizmin və sərt reallığın hekayəsidir. Kitab boyunca hiss etdiyim əsas duyğu imtina edilməz mübarizə və tənhalıq acısı oldu. Martin Eden həyatının ən böyük sevgisi olan Ruth Morse üçün özünü dəyişdirməyə başlayır, lakin bu dəyişimin yalnız bir qadın uğrunda deyil, daha çox özünü isbat etmə ehtirası uğrunda olduğunu anlamaq gecikmir. Əsərin ən güclü tərəfi – ideallar və reallıq arasında qalan insanın faciəsidir. Martin hər kəsin əlçatmaz sandığı yollardan keçir, özünü oxumağa, öyrənməyə, yazmağa həsr edir. Lakin London burada çox acı bir həqiqəti göstərir: Zirvəyə çatmaq bəzən məqsədin özünü məhv edir. Martin uğur qazandıqda artıq bu uğurun ona verdiyi zövq ölmüş olur. Kitab boyunca ən çox düşündüyüm hissə Martin-in həyat fəlsəfəsi və fərdiyyətçilik ideyaları oldu. O, sosialist çevrələrlə tanış olur, mübahisələr edir, lakin sonadək öz azad düşüncəsini qoruyur. London sanki Martin obrazı ilə bizə deyir: “İnsanın ən böyük gücü öz iradəsi, ən böyük zəifliyi isə idealına kor-koranə bağlanmasıdır.”
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,1bin okunma
·
1 +1'leme
·
24 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.