Gönderi

Oblomov “Dəyişə bilməyənlərin hekayəsi”
9/10
·622 syf.··
Beğendi
·
2025 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 19 Temmuz 2025 19:40
İvan Gonçarov Oblomov İvan Qonçarovun “Oblomov” əsəri mənim üçün sadəcə bir roman deyildi. O, elə bil ki, ruhuma toxunan, məni yavaşca silkələyib düşündürən, içimdəki bəzi səsli-səssiz qorxuları üzə çıxaran bir güzgü oldu. Bəzən bir dost kimi, bəzən bir xəbərdarlıq kimi, bəzən də dərin bir kədər kimi yanımda dayandı. Oxuduqca gördüm ki, mən bu romanı oxumuram — mən bu romanın içinə düşürəm, orada bir kənarda dayanıb olanları izləyirəm, bəzən də özümü Oblomovun yerində hiss edirəm. İlya İliç Oblomov — adını deyəndə belə insanın içində bir yorğunluq, bir ağırlıq yaranır. O, nə qəhrəmandır, nə də anti-qəhrəman. O, sadəcə bir adamdır… Amma o qədər gerçək, o qədər içimizdən biridir ki, ondan soyumaq mümkün deyil. Bəlkə də çox müsbət xüsusiyyətləri yoxdur, bəlkə də insanı bəzən əsəbiləşdirir, bəzən “ayağa qalx da bir şey et artıq!” deyə qışqırmaq istəyirsən. Amma bir tərəfdən də onun uçuruma doğru sakitcə getdiyini görürsən və istər-istəməz əl uzatmaq istəyirsən. Oxuduqca onu itirdiyimi hiss etdim. Onu bir dost kimi geri çəkmək, oyatmaq, “dayan, həyat burda bitmir” demək keçdi içimdən. Amma onu xilas etmək mümkün deyildi. O, öz otağında, öz divanında, öz xəyallarında sakitcə yoxa çıxan bir insandı. Onun faciəsi tənbəllik deyildi. Onun faciəsi doğulduğu mühit, alışdığı rahatlıq və dəyişməkdən qorxmaq idi. Əsərdə məni ən çox kədərləndirən məqamlardan biri Olqa ilə bağlı idi. Olqa – güclü, aydın, sevən və dəyişmək istəyən bir qadındı. Oblomovu həqiqətən sevdi. Ona güvəndi. Hətta onun dəyişəcəyinə inandı. Amma sonda əlindən buraxdı. Onu dəyişdirmək istədi, amma bacarmadı. Məncə, Olqa bir az da tez vaz keçdi. Sevmək o qədər də asan bir şey deyil. Və əgər birini sevirsənsə, o sevgidən bu qədər tez əl çəkmək — mənim üçün anlaşılmaz qaldı. Olqa bir az daha dayana bilərdi sanki… Bir az daha gözləyə bilərdi… Bəli, kim sonsuza qədər yerindən tərpənməyən bir ağacı sevə bilər? Amma bəzən sevgi o ağacı kökündən sarsıtmağa da qadirdir. Onun sonradan Ştoltsla evlənməsi — bəlkə də ağılın qələbəsi idi. Amma mən oxucu olaraq içimdə bir yara ilə qalmağa davam etdim. Çünki bilirdim ki, Olqa Oblomovu da sevmişdi. Həqiqətən sevmişdi. Amma həyat sevgini deyil, bəzən uyğunluğu seçir. Ştolts – İdealın Qeyri-insani Yönü Andrey Ştolts – Oblomovun tam əksidir. Oxuyan, işləyən, düşünən, fəaliyyət göstərən, irəliləyən bir insan. Amma mənim üçün o, bir az da duyğusuz və mexaniki qaldı. O, uğurun rəmzi idi, amma istilik yox idi içində. O, sanki həyatı bir plan, bir layihə kimi yaşayırdı. Ştolts insanı təəssüflə düşündürür: “Bəs həyatda hər şey nizam, plan və məqsədləmi ölçülməlidir? Qəlbin payı nə olacaq?” O, bəli, düzgün həyat yaşadı. Amma bəlkə də, hiss etməkdən, seyr etməkdən, dayanıb nəfəs almaqdan imtina etdi. Romanın dərin qatlarında “Oblomovluq” anlayışı var. Tənbəllik deyil bu. Bu, bir həyat halıdır. Bir qorxu. Bir yorğunluq. Mən də bəzən Oblomov kimi hiss etdiyim anlar olub. Həyatdan qaçmaq istədiyim, məsuliyyətləri ertələdiyim, içimdəki səsi boğmağa çalışdığım anlar… Sanki bu roman mənə bir güzgü tutdu. “Bax, sən də bəzən beləsən” dedi. Və mən susdum. Oblomovluq – bizim dövrümüzdə də yaşanan haldır. Sosial mediada başqalarının həyatına baxıb öz həyatımızı təxirə salmaq, hər şeyi sabaha saxlamaq, “hələ bir az gözləyim” demək… Bütün bunlar modern Oblomovluğun izləridir. Oblomovun ölümü məni çox üzdü. Çünki mən artıq onunla bağ qurmuşdum. O mənə tanış idi, o sanki içimdəki bir səsin simvoluna çevrilmişdi. Onun ölümündə yalnız bir insanın yox olması yox, dəyişmək üçün gecikmiş, sevilmək üçün özünü bağlamış, həyatın kənarında dayanıb içində qalmış bir ruhun yox olması vardı. Hüzünlə düşündüm: “Əgər bir az cəsarətli olsaydı, hər şey başqa ola bilərdi?.” Amma olmadı… Və bu, sarsıdır adamı. Oblomov mənim üçün çox şey demək oldu. O, bir roman deyildi. O, bir dərs idi, bir ayna idi, bir qorxu idi. Mən bu romanı oxuduqca həm özümü gördüm, həm başqalarını, həm də cəmiyyətin susqun və səssiz çöküşünü. Oblomov dəyişmədi. Amma mən dəyişdim Abdulla Həsən
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202149,8bin okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.