·391 syf.··Beğendi
···Okunma: 22 Temmuz 2025 00:00 Bu kitabı mənə Şahbaz Xuduoğlu tövsiyə etmişdi)
Uzun zaman idi ki, "Parfümer" kitabını axtarırdım, amma təəssüf ki, o kitabı heç yerdə tapa bilməmişdim .Bir gün Bakı Ekspo mərkəzində kitab sərgisindəydim, düşündüm ki, bəlkə burada axtardığımı tapa bilərəm. Lakin orada da yox idi( Şahbaz müəllim bu zaman mənə yaxınlaşdı və dedi ki, sənə ən az Parfümer qədər maraqlı başqa bir kitab tövsiyə edə bilərəm. Sonra "Kolleksiyaçı"nı mənə göstərdi. Kitabı oxuyub bitirmək üçün nəhayət ki vaxtım oldu. Əsərin dili çox axıcı və maraqlıdır. İki əsas obrazımız var, təhkiyə də onların dilindən aparılır. Əsər 3 hissədən ibarətdir və növbəylə Ferdinand, Miranda(gündəliyində yazılanlar) və yenidən Ferdinandın dilindən təhkiyə olunur. Tək bəyənmədiyim məqamı , bir nəfərin dilindən olan təhkiyənin çox uzun olması və yoruculuğu idi. Demək olar ki, dialoqlara çox az yer verilib. Ümumi olaraq isə, oxumağa dəyəcək fərqli bir kitab olduğunu düşünürəm :)