Həyatım və İşim
10/10
·294 syf.··
Beğendi
·
2025 28. kitabı
·
29 günde okudu
·
Okunma: 29 Temmuz 2025 22:46
Biografik kitablara qarşı fikrimi 180° dəyişdirən kitab — Henry Fordun "Həyatım və işim" əsəri. Yaxşı ki, oxumuşam dedim. Hər nə qədər ağır davam etsə də, bir ay boyunca mənim yol yoldaşım oldu. Bu müddət ərzində mənə çox dəstək verdi. Xüsusilə gələcəkdə bir şirkət sahibi olsam və ya hansısa şirkətdə rəhbər vəzifəsində çalışsam, insanlara – yəni işçilərə – necə yanaşmaq lazım olduğunu göstərən bariz bir nümunədir Ford. Unutmayaq: işçilər bizim düşmənimiz deyil, əksinə, dostlarımızdır. Böyük bir şirkətin ayaqda qalması, orada çalışan işçilərin zəhməti sayəsində mümkündür. Kaş ki, bütün rəhbərlər bu kitabı oxuyaydı... Məncə, o zaman bir çoxunun beynində belə bir sual yaranardı: “Etdiyim səhvləri indi dərk etdim, bəs onları düzəltmək üçün çoxmu gecdir?” Kitab Fordun uşaqlığında böyük bir maşın görüb ona heyran qalması ilə başlayır. Bu sevgi zamanla peşəyə, peşə isə uğura çevrilir. Əsər boyu o, bir iş qurarkən maliyyəni deyil, ilk növbədə bu işin cəmiyyətə necə faydalı olacağını düşünmək lazım olduğunu vurğulayır. Düzgünlük, sağlam məhsul və xalqa xidmət — bunlar varsa, pul özü sizə gələcək. Ən əsası isə – heç vaxt maliyyəni əsas məqsəd etməyin. Kitab yalnız biznes haqqında deyil, eyni zamanda müharibə, insanlıq, dostluq və insanın içindəki əsl “insanlıq” hisslərinə də toxunur. İşçilərlə münasibətdən tutmuş, Fordun qarşılaşdığı haqsızlıqlara, iftiralara, və bunlara rəğmən əsla geri çəkilməyib yoluna davam etməsinə qədər – hər şey bu kitabda yer alır. Nəticədə isə dünyaca məşhur “Ford” markası yaranır.
Edebiyat
Həyatım və İşimHenry Ford · Qanun Nəşriyyatı · 201884 okunma
·
34 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.