~Bəlkə də canavar bizik.
10/10
·261 syf.··
Beğendi
·
2025 10. kitabı
·
12 günde okudu
·
Okunma: 09 Haziran 2025 00:00
İnsan yaxşı biri olaraq doğulur, yoxsa necə biri olacağını özü seçir? Əgər desəm ki, yaxşı olaraq doğuluruq 6 yaşında bir uşağın özüylə yaşıd birini döyməsinə, təbəqələşmə yaradıb əmrlər verməsinə heç bir izah verə bilməyəcəm. Desəm ki, özü pis biri olmağı seçir, o yaşlarda yaxşı ilə pisi fərqləndirməyi bacarırmı? Məni saatlarla düşündürən, “Hər kəs hər zaman haqlıdı.”- dediyim kitablardan biri oldu. William Golding yazdığı bu romanda insan ruhunun vəhşiliyini, həyatda qalmaq uğrunda nələr edə biləcəyini sərt şəkildə yansıdır. Belə ki, atom bombasından qorunmaq üçün qaçırılan bir qrup məktəbli uşağın təyyarəsi qəza edib adaya düşür. Ada əvvəlcə onlara bir cənnət kimi görünür: böyüklər yoxdur, qaydalar yoxdur, istədiklərini edə bilərlər. Amma zaman keçdikcə uşaqlar arasında güc mübarizəsi başlayır və sivilizasiyanın yoxluğu, onların içindəki vəhşiliyi üzə çıxarır. Qruplaşmalar yaranır, münaqişələr şiddətlənir və nəticədə insanın içindəki qaranlıq üzə çıxır. Lider olmaq, hökm etmək, öz qaydalarını diktə etmək istəyi hekayənin sonunda onları təmiz bir ruha sahib uşaqdan - günahkar insana çevirir. Kiitab niyə “Sineklerin tanrısı” adlandırılıb? Simon meşədə gəzərkən digərləri tərəfindən tərəfindən öldürülmüş donuz başını və onun milçəklərlə örtüldüyünü görür. Onu “Sineklerin tanrısı” adlandırır. Bu - Bibliyada (xristian mətnlərində) “Beelzebub” adlanan şeytani varlıq, cəhənnəm tanrılarından biridir. Onların içindəki qorxunu, xaosu təmsil edir. Təkcə Simon anlayır ki: “Qorxub axtardıqları canavar, yaxşı və pis onların içindədir.” Xoş mütaliələr.
Edebiyat
Sineklerin TanrısıWilliam Golding · Türkiye İş Bankası Kültür Yayınları · 202597,4bin okunma
·
108 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.