·136 syf.··Beğendi
···Okunma: 08 Ağustos 2025 23:39 Ailə həyatı quran, buna hazırlaşan,ya da ümumiyyətlə gələcəkdə ailə həyatı qurmaq istəyən hər bir kəs ailədə düzgün davranış məharətlərinə yiyələnməlidir. Biz əgər həkim olmağı qarşımıza hədəf qoymuşuqsa və ya gələcəkdə həkim olmaq kimi bir arzumuz varsa,mütləq ki bu yolda addımlar atıb, özümüzü təkmilləşdirməliyik- bunsuz hədəfə çatmaq qeyri mümkündür. Ailə həyatı qurmağı planlayanlar da, təbii ki, istəyərlər ailə həyatında çox müvəffəq olsunlar, buna görə də ailə həyatı ilə bağlı məharətləri öyrənməlidirlər.
Bu kitab ailə həyatı qurmağı planlayan və ya ailə həyatı qurmuş insanlar üçün ideal kitablardandır. Yazılanları(məsləhətləri, ailə həyatına təhdid yaradan problemləri və s. ) oxuduqca, ətrafımda ailəli şəxslərin həyatından müşahidə etdiyim davranışları müqayisə və təhlil edərək təsdiqləyirdim. Bu cür kitablar maksimum şəkildə yayılmalıdır, bacardığımız qədər insanları bu cür kitablarla tanış etməli və oxumağa meyilləndirməliyik.