Gönderi

Ayrıldıq
Çəmənlərdən yolum düşdü min kərə, Güllər vaxtsız solub-açdı, ayrıldıq, İlk görüşdən nə gəldisə gözlərə, Son günü də gözü yaşlı ayrıldıq. Yoxa çıxdı; əridimi,uçdumu? Səsdi, ruhdu, ulduzdumu, quşdumu? Anlamadım; bilə-bilə çaşdımı? Yar danışdı ikibaşlı, ayrıldıq. Bircə dəfə öpə bildim telindən, Bircə dəfə "Can"eşitdim dilindən, Bir röyada tutacaqdım əlindən- Çağırdılar... Yuxum qaçdı, ayrıldıq. Bu ümid də məni qoydu gümansız, Vurub keçdi cəllad kimi amansız, Dillər tökdüm! İnanmadı imansız, Baxıb gördüm, qəlbi daşdı,ayrıldıq. Təsbeh kimi çevirirəm illəri, Yanağımda quruduram selləri, İnanmıram, duvaq tutar telləri; İkimiz də başıdaşdı ayrıldıq... Səninlə... Vahid Əziz
Şiir
··
186 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.