Gönderi

Puan vermedi·177 syf.··
2025 37. kitabı
·
1 saatte okudu
·
Okunma: 17 Ağustos 2025 01:02
-spoiler- Bu kitabı neçə il əvvəl səhv etmirəmsə anksiyete haqqında kitablara baxarkən axtarmışdım, amma o zaman pdf-ni tapa bilməmişdim. Dünən yenidən qabağıma çıxdı və axtaranda artıq elektronlaşdırıldığını gördüm. İlk niyəsə sevməyəcəyimi düşündüm. Baş obrazı İnside out filmindəki baş obraza oxşatdım. Alma adında bir baş obrazımız var. Bir gün qaranlıqda beynindəki canavarlar bir-bir ortaya çıxmağa başlayır. Bunlar anksiyete, ertemelek, depresyon, diqqət dağınıqlığı, basdırdığı duyğuları və.sdi. #281029880 Gün keçdikcə hərdən biri ortaya çıxır və onu içinə çəkirlər. Alma ilk vaxtlar dərslərindən, sonra dostlarından sonda isə ailəsindən yavaş-yavaş uzaqlaşır. Hər şey ona çox mənasız gəlməyə başlayır. Çünki 5-ci canavar onu ələ keçirirdi. Hər şeyin mənasız olduğunu düşünməyə başladığı üçün heç nə etmir. İmtahandan zəif qiymət alır, əylənmir, artıq hisslərini yavaş-yavaş gizlətməyə başlayır. Niyə belə qəribəsən? Niyə artıq gülmürsən? Suallarına cavab verə bilmir. Tək istədiyi o canavarlarla tək qalmaq olur, çünki artıq onları haqlı görməyə başlayır. Ta ki, bir gün əsəb duyğusu, basdırdığı duyğular ortaya çıxana qədər... #281030316 Anası üstünə gəlməyə başlayır, o da artıq partlayır və stəkanı falan yerə çırpır, bu anda 7-ci canavar yox olur və 6 ortaya çıxır. Ağlayır. Anası da əvvəldən etməli olduğu şeyi sonra etməyə başlayır. Bilmirəm. Bəlkə də doğru an o olur. (Həyatında bir şeylərini qorxmadan paylaşa biləcəyin birilərinin olması çox qəşəng bir şeydi.Əslində bəzən bir şeyləri ağlamadan etmək olmur. Yəni yolunu bilirsən, amma ayağa qalxmaq üçün o hissi yaşamalısan. Amma basdırdığın duyğular da istəmədiyin vaxtda səni tuta bilir. Hər şeyə pis edir və düşdükcə düşürsən. Və o an gəlir. "İnsan kendini bir odaya kapatınca işıksız kalıyor. Alma işığı çok ama çok özlemişti.") Onu öpür, necə kömək edə biləcəyini soruşur. Bu anda həmin başda olan qaranlığın içindən bir işıq görünməyə başlayır. O anda anlayır ki, əslində canavarların dediyi kimi deyilmiş, birilərinə onlardan bəhs etsə ondan uzaqlaşmayacaq əksinə canavarlar uzaqlaşacaq. "O halde canavarlarla savaşmamıza yardım edecek birilerini bulalım" Anası bunu eşitdikdən sonra onu psixoloqa aparır. Alma vaz keçməyəcəyinə dair ona söz verir və çətin olsa da vaz keçmir, hərdən bir canavarı ilə üzləşir. "İşte bu yüzden, ilk kez, canavarların istedikleri zaman karşısına çıkmalarına izin vermek yerine, yatağın altına bakıp onlarla yüzleşmesi gerekiyordu. Bu defa kuralları Alma koyacaktı. Kendini yeteri kadar iyi hissettiği o gün, parmaklarından ışık yayılırken gücünü toplayıp yatağın altına baktı. Yatak örtüsünü kaldırınca canavarları gördü. Hem de hepsini. Bir sürü canavar vardı." Hekayənin sonunda isə; "Yine de önemli olan başka bir şey vardı: Alma karanlığın eskisi kadar koyulaşmasına engel olmuştu. Canavarları duymamayı başarmıştı. Bunu sürekli yapmak ve tekrar denemek yorucu ve zor olsa da bunu bir kez yapabildiği için gerektiğinde yine yapabileceğini biliyordu. Hem sonra yalnız da değildi. Bunu karanlığa da söylemişti. Kaybolduğunu hissettiği, kimseyi görmek istemediği günler oluyordu ama her zaman yardım isteyeceği birileri ol-duğunu biliyordu. Annesi yardım etmek için oradaydı. Canavarların yataktan çıkmasına oraday engel olduğu ve patlamasına neden olduğu kötü günlerde annesi Alma'yı rahatlatıyordu: - İyileşeceksin." ☆ Hadisələrin çoxu sənin ona verdiyin reaksiyadan da çox asılı olur. O yolun artıq yanlış olduğunu gördüyün, bir dərs çıxardığın üçün yolunu dəyişəcəksən. #281038160 :d Obrazların hisslərini dərindən yaşadığı anları izləməyi/oxumağı çox sevirəm. Qucaqlamaq istəyirəm,onları. Bəzən bir kitabı oxuyanda e zatən mən bunları bilirəm, niyə yazıbsan ya da niyə oxuyuram olursan, bəzən də aa mən də hətta hamı bu hissləri keçirir,yazar nə qəşəng təsvir/tesbit edib deyirsən. Zəif tərəfləri; bəsit,nağılvari yazılıb,kimsə üçün səthi də ola bilər, digərləri kimi doğru zamanda oxunmalıdır. Kitabdan daha uzun incələmə oldu əslində daha çox mövzusunu yazmış oldum. Zatən çox qısadır, bir saatda bitər.
Alma ve Yedi CanavarIria G. Parente · Genç Timaş Yayınları · 20251,759 okunma
·
55 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.