Kitab həqiqətən çox maraqlı irəliləyir. Növbəti bölümdə nə olduğunu bilmədən kitabı əlindən yerə qoymaq istəmirsən. Juniper kitab yazmağın, çap etdirməyin çətinliklərindən danışır. Athena qədər uğurlu ola bilməyəcəyindən qorxur. June-n yaşadıqları, hissləri oxucuya çox tanışdır. Kitabın sonunda isə düşünürəm June istədiyinə nail olur və başına gələnləri Yellowface adlı kitabında yazır. Uğurlu olmağa davam edir. Çoxlarının əksinə June uğurlu olmasını istəyirdim. Sonda isə qısqanclığın necə insanı içdən məhv edən bir hiss olduğunu hiss elədi oxucular.