Gönderi

10/10
·159 syf.··
2025 11. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Ağustos 2025 14:55
Nə qədər mətin olmağa çalışsam da, son sətirlər göz yaşlarımın axmasına səbəb oldu. Bu, necə bir həyat hekayəsidir, aman Allahım. Reşat Nuri Güntekin qələmini sevirdim, indi isə heyran oldum. Anadaludakı kənd məktəblərinin birində müəllim işləyən Zəhra bir gün nifrət etdiyi atasının ölüm xəbərini alır. Elə böyük nifrət ki, özünü hər kəsə yetim kimi təqdim edən Zəhra atasının adını deməyi daha üstün tutur, nəinki "ata" sözünü deməyi. Atasını anasının və bacısının qatili, ailəsinin məhvinə səbəb olan əyyaş, oğru və daha çox-çox pis sifətlərə layiq bir insan kimi tanıyan Zəhra əsl həqiqətləri atası öləndən sonra elə məhz atasının illərlə yazdığı xatirə dəftərindən öyrənir. Amma atasına "Baba, benim zavallı babam, beni affet" demək üçün çox gecikmiş olur. Bəzən müsibət də xeyrə səbəb olur deyilər: illərlə ürəyi qatı şəkildə yaşayan Zəhra müəllimdə artıq "Acımak" duyğusu yaranır və onun artıq heç bir əskiyi qalmır.
AcımakReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 202151,5bin okunma
·
27 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.