Puan vermedi·128 syf.····Okunma: 16 Ağustos 2025 18:16 Bir gün fermada yaşayan heyvanlar yaşlı donuz Major-un çağırışı ilə bir araya gəlirlər. O, heyvanlara insanların onları daim istismar etdiyini, azad yaşaya biləcəklərini deyir. Major öldükdən sonra heyvanlar üsyan qaldıraraq fermadakı insanları qovur və təsərrüfatı öz idarələrinə götürürlər. Fermaya “Heyvan Çiftliyi” adı verilir və yeni qaydalar – “Bütün heyvanlar bərabərdir” şüarı ilə “Heyvanizm” adlı ideologiya yaradılır.Başlanğıcda heyvanlar həqiqətən də birlik və əməkdaşlıq içində işləyirlər. Amma tədricən donuzlar – xüsusən də Napoleon və Snowball adlı iki lider ön plana çıxır. Snowball daha idealist, Napoleon isə daha hiyləgər və hakimiyyətpərəstdir. Mübarizə nəticəsində Napoleon Snowballu qovur və bütün hakimiyyəti ələ keçirir.Napoleon və digər donuzlar tədricən insanlara bənzəməyə başlayır: lüks içində yaşayır, digər heyvanları isə ağır işlərdə istismar edirlər. Əvvəllər yazılan qaydalar gizlicə dəyişdirilir və “Bütün heyvanlar bərabərdir” şüarı “Bütün heyvanlar bərabərdir, amma bəziləri daha bərabərdir” formasına salınır. Sonda donuzlar tamamilə insan kimi davranır, iki tərəfi – donuzları və insanları bir-birindən ayırmaq mümkün olmur.