·77 syf.····Okunma: 31 Ağustos 2025 20:46 Akutaqavanın bu əsərində bir insan təsadüfən kappaların ( kappalar- yapon mifologiyasında çox məhşur varlıqlardır) yaşadığı dünyaya düşür və onların həyat tərzi ilə tanış olur. Bu xəyali dünya vasitəsi ilə yazıçı insan cəmiyyətini onun riyakarlığını, ədalətsizliyini satirik dillə tənqid edir.
Kappaların dünyasındakı qanunlar və adətlər insan cəmiyyətindəki problemləri açıq aydın göstərir. Məsələn kappalar doğulmamış uşaqlara " dünyaya gəlmək istəyirsənmi?" sualını verirlər. Bu insan həyatındakı iztirabları əks etdirən satirik yanaşmadır.
Əsərdə kappalar arasında belə bir fikir var ki, sənətkar əsərini pul qazanmaq üçün yox daxili azadlığını ifadə etmək üçün yaratmalıdır. Bu yazıçının öz mövqeyini də əks etdirir.
Kappaların xəstəlik və ölüm yanaşması da bizdən fərqlidir. Onlar əzab çəkməkdənsə, ölməyi seçirlər. Bu yaşamaqla bağlı ciddi fəlsəfi suallar yaradır.
Gələk əsərin ən vacib məqamına...əslində baş qəhraman - hekayəni nəql edən şəxs ruhi xəstəxanadadır və bütün bunları danışdıqdan sonra müəllif oxucuya sual ünvanlayır: " Gördükləri həqiqətən olubmu, ya bu onun xəyalıdır?"
Əgər hər şey həqiqi olsa, demək insan dünyasının eybəcərliklərini görmək üçün " Başqa dünyaya getmək" lazımdır.
Əgər hər şey xəyaldırsa, o zaman cəmiyyət o qədər ziddiyyətli və ədalətsizdir ki, bu sağlam insanın ağlını belə qaçıra bilər.