Səməd Behrəngini bir çoxlarımız həmçinin məndə " Balaca Qara balıq" nağılı ilə tanımışıq. Bu əsər 1967- ci ildə nəşr olunur İranda bəlkə də , yazarına ölümü gətirinə o balaca qara balığın cəsarətidir. Çünki şah rejiminin heç xoşu gəlmir irəlidəki dünyanın ən mübarizəçi balığından və təbii ki qadağan olunur. Beləliklə yazar və qara balıq əl-ələ verib öz yolun sonuna doğru irəlləyirlər. Birinin həyatı Araz çayında sona çatır, ya da bəlkə daha öncə sona çatır ... mübarizə ruhlu balığımız isə dünyanın dörd bir yanından uşaqlara çatmağa davam edir.
Balaca qara balıb bizə mübarizə ruhu aşılamaqla yanaşı həmçinin güvənməməli olduğunu, birliyin nə qədər çətin olduğunu da vurğulayır.
" Bir şaftalı min şaftalı" ilə torpağa əkilən bir ağacın meyvəsini yeyə bilmədən biri ölən, digəri buna dözə bilməyərək kəndini tərk edən iki yoxsul uşağın hekayəsinə tanıq oluruq. Onlara meyvə verməyən zalım bağbanda mülkiyyət hirsini, bağbana inad heç meyvə verməyən ağacda sədaqəti tanıyan, " Ulduz və Qarğalar" da xoş niyyətli Ulduzla onun zalım ögey anasının hekayəsini oxuduqca yaxşılıq və pislik arasındakı o qaranlıq uçurumu daha da dərindən hiss edən, sinif fərqliliklərini " Püsküllü dəvə" nin kürəyində hiss edən Behrəngi oxuyucuları dünyanın dərdini kürəyində hiss edir.
Səməd Behrəngi harda yoxsulluq gördümsə, mən ordayam deyib. Kimsə mənim kökümə su verməyib əyri- üyrü bir bitki kimi həmişə az su ilə böyüdüm...
Samed Behrengi əsərləri uşaqlar üçün yazılmışdır, amma mütləq böyüklər də oxumalıdır.
Bütün ÖyküleriSamed Behrengi · Panama Yayıncılık · 2020569 okunma