Möhtəşəm şəhid xanımı
10/10
·180 syf.··
Beğendi
·
2025 28. kitabı
Bu kitab o qədər maraqlı və təsirli idi ki, bütün gecə yatmayıb ancaq bu kitabı oxudum... Mən həyatımda heç vaxt belə bir şəhid xanımı görməmişdim. Adətən şəhid xanımları (məxsusən müqəddəs müdafiə dövrünün şəhid xanımları) evlilikdən bir müddət sonra şəhidlərlə münasibətlərində fikir ayrılıqları və mübahisələr yaranırdı- bu da şəhidlərin cəbhəyə yollanması və Allah yolunda çalışmaqda gecə-gündüz bilməməsindən qaynaqlanırdı. Düzü mən o xanımları qınamıram, çünki hər bir xanım istəyər ki həyat yoldaşı hər zaman yanında olsun. Bu xanım həyat yoldaşına o qədər ehtiram və sevgi bəsləyirdi ki... Təbii ki şəhid də bunu layiqli şəkildə dəyərləndirirdi. Oxuduqca çooooox təsirlənirdim. Onların izdivacına valideynləri ürəkdən razı olmasalar da(səbəbi şəhidin pasdar olması idi), xanımın qardaşının vasitəçiliyi ilə razılıq verdilər. Mütləq,mütləq oxuyun! Kitab 180 səhifəlik olsa da, bir dastan ibrətlərdən ibarətdir.
Şəhadət
Sonbahar GeldiGülistan Caferian · Feta Yayıncılık · 202313 okunma
·
39 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.