ş

Şəhadət

1 üye
Takip
Öz yarını şəhadətə yola salan xanım...
Pak məhəbbəti, qəlbə yalnız ALLAH yerləşdirə bilər, buna yalnız ALLAHIN gücü çatar. Çünki ALLAH Eşqin ÖZÜDÜR!
Şəhadət
Möhtəşəm şəhid xanımı
10/10
·180 syf.··
Beğendi
·
2025 28. kitabı
Bu kitab o qədər maraqlı və təsirli idi ki, bütün gecə yatmayıb ancaq bu kitabı oxudum... Mən həyatımda heç vaxt belə bir şəhid xanımı görməmişdim. Adətən şəhid xanımları (məxsusən müqəddəs müdafiə dövrünün şəhid xanımları) evlilikdən bir müddət sonra şəhidlərlə münasibətlərində fikir ayrılıqları və mübahisələr yaranırdı- bu da şəhidlərin cəbhəyə yollanması və Allah yolunda çalışmaqda gecə-gündüz bilməməsindən qaynaqlanırdı. Düzü mən o xanımları qınamıram, çünki hər bir xanım istəyər ki həyat yoldaşı hər zaman yanında olsun. Bu xanım həyat yoldaşına o qədər ehtiram və sevgi bəsləyirdi ki... Təbii ki şəhid də bunu layiqli şəkildə dəyərləndirirdi. Oxuduqca çooooox təsirlənirdim. Onların izdivacına valideynləri ürəkdən razı olmasalar da(səbəbi şəhidin pasdar olması idi), xanımın qardaşının vasitəçiliyi ilə razılıq verdilər. Mütləq,mütləq oxuyun! Kitab 180 səhifəlik olsa da, bir dastan ibrətlərdən ibarətdir.
Şəhadət
Sonbahar GeldiGülistan Caferian · Feta Yayıncılık · 202313 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·
Beğendi
Hər kəsə şiddətlə tövsiyə etdiyim kitablardandır! Necə də möhtəşəm bir kitabdır! Düzdür Hacı Qasim kimi möhtəşəm şəxsiyyəti heç bir əsər layiqli şəkildə təsvirə çəkə bilməz! Mən Hacı Qasim haqqında bu cür xatirələrlə dolu çox səhifəli kitab oxumaq istəyirdim, şükür ki Allah bu kitabı qarşıma çıxartdı. Bu kitab vasitəsilə Sərdarı daha yaxından tanıya bildim. Buna görə həqiqətən çox sevinirəm. Kitabın sonundakı şəkillərin də ayır bir ləzzəti var. Hacı Qasimin sadəliyi idi onu sevdirən. Kitabın sonlarında Sərdarın cənazəsi üçün nəinki İranda, həmçinin İraqda da milyonlarla insanın cəm olması, yas tutması ətraflı yazılıb. Çooox heyrətamizdir! Uca Allah bizləri Hacı Qasim kimi din yolunda sabitqədəm qərar versin və şəhadət şərbətindən içməyi nəsib etsin inşəAllah!
Şəhadət
Benim Tanıdığım Hacı KasımAli Şirazî · Feta Yayıncılık · 20213 okunma
Ən sevdiyim məqam
İnsanın imanı nə qədər güclənsə, qorxusu da bir o qədər azalar.
Sayfa 19·Kitabı okudu
Şəhadət
Şan-şöhrət üçün çalışan adam ya məqsədinə çata bilməz, ya da məşhurluğu ötəri olar. İşlərini Allahdan ötrü görüb şöhrətdən qaçan adamın adını isə Allah Özü dillərə salar.
Sayfa 36·Kitabı okudu
Şəhadət